Şəhid Tahir Abdullayev yad edilib
Tarix: 15.03.2017 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


İlaxır çərşənbələrindən olan Torpaq çərşənbəsində xalqımız Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ruhuna dualar oxuyaraq, ehtiramla yad edir, bu münasibətlə M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ictimai-humanitar sektorun təşkilatçılığı ilə şəhid Abdullayev Tahir Əvəz oğlunun M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hazırlanan xatirə lövhəsinin önündə yad edilib. Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları iştirak edib. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir, müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğıda bu qəbildəndir: “Bu günkü gündə vətəndaşlarımızın, gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır. M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq şəhid ailələrini hər zaman diqqətdə saxlamağı özümüzə borc bilirik. Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdi. Abdullayev Tahir Əvəz oğlu 18 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-1990-cı illərdə 115 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə radio-texniki peşə məktəbində təhsilini davam etdirib. Peşə məktəbindən sonra Bakı kompyuter liseyinə daxil olub. Birinci kursda könüllü olaraq hərbi xidmətə gedib, rabitəçi olub. 1994-cü ilin aprelin 24-də Ağdam rayonu Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb və Azərbaycan Respublikası Binəqədi rayonu Xalq Məhkəməsinin 2-368 saylı 15.05.1997-ci il tarixli qətnaməsi ilə Tahir Abdullayevə Şəhid statusu verilib.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info