“Yurdumuza bahar gəlir”
Tarix: 15.03.2017 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü və təşkilatçılığı ilə universitetin 2 nömrəli tədris binasında Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər tanınmış şəxslər iştirak ediblər. Bayram şənliyindən öncə qonaqlar tədris binasındakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar. ADPU-nun rektoru, professor Cəfər Cəfərov onlara Mərkəzin fəaliyyəti barədə məlumat verib. Sonra tədbir akt zalında davam etdirilib.
Bayram şənliyində tələbələr Azərbaycan milli kinosunun nadir incilərindən sayılan “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlərindən müxtəlif səhnəcikləri nümayiş etdiriblər. Novruzun adət-ənənələrindən olan papaqatdı ilə bağlı videoçarx nümayiş etdirilib. Novruz personajları olan Kosa və Keçəlin şən zarafatları, Bahar qızın şeirləri, rəqsləri, tələbələrin ifa etdikləri şeirlər, səhnələr, milli və xarici rəqslər, “Bayram gəlir elimə”, “Azərbaycan-anaların anası” nəğmələri, “Sarı gəlin” rəqsi, həmçinin TGT-nin “Şən və hazırcavablar klubu”nun təqdim etdiyi tamaşa iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. 
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən xoş, ən səmimi arzularını bildirib. 
Sonra həyətdə Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında rəqs ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info