ADPU-da Novruz şənliyi keçirilib
Tarix: 15.03.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan “Novruz çərşənbəsi” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri, millət vəkilləri Aydın Mirzəzadə, Adil Əliyev, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev iştirak ediblər. Bayram şənliyində əvvəlcə tələbələrin Novruz bayramına həsr etdikləri rəsm sərgisinə və bayram xonçalarına baxış keçirilib.
Bayram şənliyində “Azərbaycan kinofilmlərinə səyahət” adlı konsert proqramı təqdim edilib. Konsert proqramında Azərbaycanın müxtəlif kinofilmlərindən fraqmentlər nümayiş etdirilib. Milli geyimdə olan tələbələrin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Xalq artisti Zabit Nəbizadənin ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb. Tələbələrin Novruz bayramına həsr etdikləri bayram xonçalarına baxış keçirilib və ən yaxşı xonçanın sahibi müəyyən edilib. Qeyd edək ki, xonça yarışında Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin tələbələri qalib gəliblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, cansağlığı və uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın qarşısında yeni çağırışlar, yeni hədəflər dayanır. Rektor tələbələrə müraciət edərək bu çağırış və hədəflərə cavab vermək üçün yaxşı oxumağı, Vətənimiz, xalqımız, millətimiz, dövlətimiz üçün layiqli vətəndaş, yüksək səviyyəli müəllim kimi yetişməyi tövsiyə edib.
Bədii-musiqili hissədən sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyi universitetin kollektivinin böyük sevincinə səbəb olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info