Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb
Tarix: 15.03.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ADPU-nun nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.02.061 Dissertasiya Şurasının yeni üzvləri ilə görüşüb.
Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, FD.02.061 Dissertasiya Şurasının yeni tərkibi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart 2017-ci il tarixli 38 nömrəli əmri ilə təsdiq edilib. FD.02.061 Dissertasiya Şurasında “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası, Tarixin tədrisi metodikası, Azərbaycan dilinin tədrisi metodikası)”- pedaqogika elmləri, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”- pedaqogika elmləri, “Korreksiya pedaqogikası”-pedaqogika elmləri ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsi keçirilir. Dissertasiya Şurasının tərkibinə ADPU-nun tanınmış və nüfuzlu 25 nəfər alimi daxildir. Dissertasiya Şurasının sədri universitetin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, sədr müavini Elmi işlər üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, elmi katibi Fizika və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru İsa İsmayılovdur. Elmi seminarın sədri isə professor Əbülfət Pələngovdur. Dissertasiya Şurasının səlahiyyət müddəti 15 dekabr 2018-ci ilədək müəyyən edilib.
Rektor Dissertasiya Şurasının üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov və Elmi katib, dosent İsa İsmayılov çıxış edərək Dissertasiya Şurasının fəaliyyəti ilə bağlı öz fikir və təkliflərini bildiriblər.
Sonda rektor Cəfər Cəfərov Dissertasiya Şurasına təqdim edilən dissertasiya işlərinin keyfiyyətinə tələblərin artırılmasını və plagiatla prinsipial mübarizə aparmağı tapşırıb.


Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info