Qeyri-neft strategiyası müvəffəqiyyətlə həyata keçirilir
Tarix: 15.03.2017 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


“Sputnik” informasiya agentliyinin multimedia mətbuat mərkəzində “Müstəqil Dövlətlər Birliyinin iqtisadi gündəliyi” mövzusunda Bakı-Moskva-Astana-Bişkek-Kişineu-Yerevan-Minsk videokörpüsü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqtisadi və sosial xarakterli məsələlər, MDB çərçivəsində yeni və artıq həyata keçirilməkdə olan layihələr, Birliyin hər bir ölkəsinin prioritetləri müzakirə edilib.
Videokörpü martın 17-də Moskvada keçiriləcək iki tədbirin - MDB İqtisadi Şurasının iclasının və “MDB – gələcəyə baxış” Beynəlxalq İqtisadi Forumunun gündəliklərinin müzakirəsi ilə başlayıb. Bu tədbirlərin gündəlikləri birliyin inkişafında yeni istiqamətləri nümayiş etdirir. Sonra ekspertlər Birlik çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrin aktual vəziyyətini qiymətləndiriblər.
Videokörpüdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi əməkdaşı Emin Məmmədzadə təmsil edib. O bildirib ki, MDB çərçivəsində inteqrasiya hazırda bu müqaviləyə daxil olan bütün ölkələr üçün aktual məsələdir. MDB-nin iqtisadi inkişaf üçün yaxşı perspektivləri yalnız o halda ola bilər ki, Birliyə daxil olan ölkələr bütün iştirakçıların qarşılıqlı maraqlarını təmin etsinlər. Azərbaycan çoxşaxəli siyasət yürüdür, amma Dağlıq Qarabağ problemi MDB çərçivəsində tam inteqrasiya olunmağımıza imkan vermir. E.Məmmədov vurğulayıb ki, Azərbaycanda qeyri-neft strategiyası müvəffəqiyyətlə həyata keçirilir.
Ekspertlər videokörpüdə iqtisadiyyat sahəsində başlıca problemləri, onların həllinin münasib forma və üsullarını müzakirə ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info