İslam sülh, qardaşlıq, dostluq dinidir 
Tarix: 15.03.2017 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün Azərbaycan dindarları üçün böyük bir töhfədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 15-də Bakıda “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Beynəlxalq konfransın əhəmiyyətindən danışan QMİ sədri bildirib ki, konfrans irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda dünyada sülhə və onun qorunmasına xidmət edir. "Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi dünyada dinlərarası münasibətlərin düzgün qurulması, sabitliyin yaradılması üçün böyük bir vəsilə olacaq. Bu, həm də siyasi bir addımdır. Yaxın Şərqdə baş verən hadisələr, bütün Avropada və başqa ölkələrdə tüğyan edən anti-semitizm, islamofobiya meyilləri, çəkilən sərhədlər onu göstərir ki, bu addımları İslamın mahiyyətini anlamayanlar atırlar. Əslində İslam sülh, qardaşlıq, dostluq dinidir. İslam bütün dinləri qəbul edir, bütün dinlərlə qardaşlıq münasibətləri qurur. İslam bütün dinlərlə əməkdaşlıq etməkdədir. Azərbaycan bir nümunədir. Bu konfransın keçirilməsi və xarici qonaqların bura təşrif buyurması təqdirəlayiqdir”,- deyə şeyxülislam bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, ötən ilin ölkəmizdə “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan dindarları üçün mühüm töhfədir. Ulu öndər Heydər Əliyevin ocağından bəhrələn Prezident İlham Əliyevin atdığı bu addımlar Ümummilli Liderin uzaqgörən siyasətinin davamıdır.
Ermənilərin özlərini yazıq millət kimi dünyaya tanıdaraq, xristian dininin də yanlış müstəvidə təqdim etmələrinin təəssüf doğurduğunu deyən Allahşükür Paşazadə vurğulayıb: “Biz xristianlığın əleyhinə deyilik, biz heç bir dinin əleyhinə deyilik. Bütün dinlərlə əlaqə yaratmağın tərəfdarıyıq”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info