“Yuventus“ və “Lester“ 1/4 finalda
Tarix: 15.03.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. 1/4 finalın daha iki iştirakçısının adı məlum olub. İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gələn Turin təmsilçisi bu dəfə rəqibindən üstün olub. Rəqibini 1:0 hesabı ilə məğlub edən italyanlar növbəti mərhələyə yüksəlib. Digər görüş İngiltərədə keçirilib. Premyer Liqanın son qalibi "Lester" öz meydanında "Sevilya"nı sınağa çəkib. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazandığından komandaların şansları bərabər qiymətləndirilirdi. Son vaxtlar inamlı oyunu ilə diqqət çəkən "Lester" bu uğurun davamını "Sevilya" ilə oyunda da gətirib. "Tülkülər" iki cavabsız qolla 1/4 finala adlayıb. Bu, ilk dəfə ÇL-də iştirak edən komanda üçün tarixi uğurdur.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info