İtaliya ordusuna hakerlər cəlb edilir
Tarix: 16.03.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Biz indiyə qədər təhlükənin miqyasını o qədər də başa düşmürdük. İtaliya ordusuna uğurlu haker əməliyyatları həyata keçirə bilən gənc mütəxəssislər cəlb ediləcək”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən ay Dövlət Dumasında çıxışı zamanı bildirmişdi ki, Silahlı Qüvvələrdə informasiya əməliyyatları ordusu yaradılıb. Nazirin sözlərinə görə, təbliğat ağıllı, savadlı və effektiv olmalıdır və buna görə də informasiya əməliyyatları ordusu yaradılıb.
Şoyqu həmin ordunun sovet dönəmində mövcud olan və əkstəbliğat adlandırılan qurumdan daha effektiv, güclü idarə olduğunu söyləmişdi. Bu məsələ dünyanın müxtəlif ölkələrinin orduları üçün də aktualdır. Elə bu səbəbdəndir ki, İtaliya dövləti də kiberməkanda təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. “La Repubblica” nəşrinə açıqlama verən İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Klaudio Qrasiano bildirib ki, bu istiqamətdə fəaliyyətlərini həyata keçirmək üçün orduya gənc hakerlər cəlb edəcəklər. Generalın sözlərinə görə, İtaliyanın hərb tarixinin, İkinci Dünya müharibəsi də daxil olmaqla ən kədərli yaşantıları ölkəsinin silahlı qüvvələrinin müxtəlif qolları arasında koordinasiyanın olmaması ilə bağlı olub. Buna görə də, ölkədə tam şəkildə inteqrasiya olunmuş ordunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Qərargah rəisinin fikrincə, ölkədə tam şəkildə inteqrasiya olunmuş ordunun yaradılması kiberməkanda effektiv struktur yaratmadan mümkün deyil. Klaudio Qrasiano bildirib ki, İtaliya hərbi rəhbərliyi kiber təhdidlərin nə qədər təhlükəli olduğunu vaxtında anlamayıb. Amma indi dünyada vəziyyət dəyişib. Ona görə də İtaliya ordusuna uğurlu haker əməliyyatları həyata keçirə bilən gənc mütəxəssislər cəlb ediləcək: “Biz indiyə qədər təhlükənin miqyasını o qədər də başa düşmürdük. Amma daha anlamağa başlamışıq. Ona görə də kiber əməliyyatlarla bağlı ümumqoşun komandanlığı yaratmışıq. Bu qurum 2018-ci ildən etibarən tam gücü ilə fəaliyyət göstərə biləcək. Biz hazırda fövqəladə hallar barədə düşünürük və mən bu istiqamətdə müvafiq göstərişlər vermişəm”. Kyavari şəhərində kiber əməliyyatları simulyasiya etmək üçün xüsusi yerlərin yaradıldığını bildirən italiyalı general artıq Genuya Universitetindən də bu sahəyə mütəxəssislər cəlb edildiyini bildirib. Belə fəaliyyətin böyük vəsait tələb etdiyini dilə gətirən Baş Qərargah rəisi hesab edir ki, bu işləre ölkənin ümumi texnoloji inkişafına da təsir edəcək: “Belə güman edirəm ki, müdafiə resurslarının təxminən 10 faizi bu işlərə sərf ediləcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info