“Xruşovka”ların yerində yeni binaların inşasını özəl şirkətlər həyata keçirəcək
Tarix: 16.03.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı şəhəri ərazisində “Xruşovka”ların sökülməsi və yerində hündürmərtəbəli binaların inşası özəl şirkətlərin hesabına həyata keçiriləcək.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib. E.Əsədov qeyd edib ki, sökülmə prosesi müəyyən mərhələlərdən ibarət olacaq. İlk növbədə şəhərsalma sənədləri hazırlanmalı və müvafiq orqanlarla razılaşdırılmalıdır. İkinci mərhələdə tikinti işləri gedən sahələrdə sakinlərin və mənzillərin sayı ilə bağlı dəqiq araşdırma və təhlillər aparılmalı və Tədbirlər Planı təsdiq olunmalıdır. Üçüncü mərhələdə isə layihələndirmə işlərinə başlanılacaq, söküləcək binalarla əlaqədar işlərə start veriləcək. Tikinti işləri başa çatdıqdan sonra orada tikilmiş binaların istismarına icazə, sənədlərin çıxarılması və bir çox məsələlər öz əksini tapacaq. Elxan Əsədov qeyd edib ki, paytaxtın 1-ci mikrorayon ərazisində “Xruşovka” tipli mənzillər söküləcək, yerində müasir binalar tikiləcək. Onun sözlərinə görə, həmin ərazidə, ilk növbədə tikinti işlərinin aparılması üçün yerlər boşaldılacaq və müasir infrastruktur yaradılacaq. E.Əsədov bildirib ki, köçürülən sakinlərə müvəqqəti qalmaq üçün müvafiq kompensasiya ödəniləcək. Elxan Əsədov onu da deyib ki, 1-ci mikrorayon ərazisində tikinti işləri aparılacaq ərazi 29 hektardan ibarətdir. Həmin ərazidə 29 ədəd 5 mərtəbəli 4 bloklu və 4 ədəd 9 mərtəbəli 4 bloklu iri panellərdən tikilmiş binalar var. E.Əsədov, həmçinin diqqətə çatdırıb ki, bu ərazidə Bakıda tikinti bumu başladıqdan sonra 6 ədəd 10, 12, 14 və 17 mərtəbəli binalar tikilib ki, onlara toxunulmayacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info