Məktəblilər Novruz adətlərini ingilis dilində təqdim etdilər
Tarix: 16.03.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı. Modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid Azərbaycanın bir daha güclü addım atmış ölkə olduğunu sübut etdi. Azərbaycan öz təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq üçün beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa başladı. Ənənəvi təhsil sistemi ilə müasir təhsil sistemini müqayisə etsək, bu gün fəxr edə bilərik ki, təhsilimiz öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxartmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacaran vətəndaşları yetişdirə bilir. Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında qarşılıqlı əlaqə qurmağa imkan yaradır.
Bu günlərdə Bakı şəhəri Yasamal rayonu 175 sayli tam orta məktəbdə “Novruz bayramı” mövzusunda açıq dərsdə olduq. Açıq dərs məktəbin ingilis dili müəlliməsi Şiriyeva Gülşən Qəzənfər qızı tərəfindən 8-ci sinifdə keçirildi.
Şagirdlər milli geyimlərdə “Yallı” sədaları altında sinfə daxil oldular. Müəllim uşaqları salamladıqdan sonra lövhədə dərsin standartları, başqa fənlərlə inteqrasiyası(dərs təbiətşünaslıq, riyaziyyat, ədəbiyyat və musiqi dərslərinə inteqrasiya olunmuşdur), dərsin strategiyası, iş formaları və dərsdə istifadə olunan resurslar qeyd olundu. Müəllim dərsin mövzusunu açıqlamamışdan əvvəl uşaqlara bir neçə suallar verdi. Daha sonra isə videoçarx təqdim olundu. Bu videoda müəllim şagirdlərdən nə gördüklərini soruşdu. Şagirdlər isə öz növbəsində gördüklərini ingilis dilində sadaladılar. Sonra müəllim onlardan bu videoya baxarkən nə haqqında düşündüklərini soruşdu. Dərsin mövzusunun adını açıqlamamışdan əvvəl müəllim şagirdlərə bir krossvord həll etdirdi. Şagirdlər krossvorddan alınan cavaba əsasən dərsin mövzusunun adını tapdılar. Sonra tədqiqat sualı qoyuldu.
1. Nəyə görə biz bayramları qeyd edirik?
2. Novruz bayramı haqqında nə bilirsiniz?
Dərsin məqsədi şagirdlərdə bayramların qeyd olunmasına aid dinləmə-danışma bacarıqlarını inkişaf etdirmək idi. Müəllim sinfi 4 qrupa boldu.
1. Su qrupu
2. Od qrupu
3. Külək qrupu
4. Torpaq qrupu
Qrup liderləri seçildi ve özlərini təqdim etdilər. “Su” qrupunun lideri Məryəm Hacıyeva, “Od” qrupunun lideri Ləman Abduləzizova, “Külək” qrupunun lideri Ülvi Əliyev, “Torpaq” qrupunun lideri Ayan Zeynalova seçilərək tədqiqata başladılar. Müəllim Novruz çərşənbələri haqqında bir neçə sual verdikdən sonra qrup üzvləri lövhəyə gəlib çərşənbələr haqqında hazırladıqları kağız materiallarını təqdim etdilər. Müəllimə uşaqlardan hansı Novruz adətlərini tanıdıqlarını soruşdu. Uşaqlar Novruz adətlərini saydıqdan sonra müəllimə hər qrupa bir vərəq payladı. Hər qrup 3 dəqiqə ərzində Novruz adətləri haqqında öz fikrlərini yazdı və lövhəyə gəlib təqdim etdi. Sonra isə müəllimə müzakirə sualları verdi.
Azərbaycan xalqının Novruz bayramını necə qeyd etməsinə dair videoçarx göstərildi. Müəllimə şagirdlərə Azərbaycan xəritəsini göstərərək Novruz bayramının Qarabağdan başqa, Azərbaycanın bütün bölgələrində qeyd olunduğunu vurğuladı. Vətənimizin dilbər güşəsi olan Qarabağ indi düşmən tapdağı altındadır və hər bir Azərbaycan vətəndaşının ən böyük arzusunun gələn il Novruz bayramını Qarabağda keçirtmək olduğunu bildirdi.
Sonra müəllim uşaqlara Novruz bayramının təkcə ölkəmizdə deyil, bir neçə müsəlman ölkələrində də qeyd olunduğunu bildirdi. Həmin ölkələrdə müxtəlif Novruz adət-ənənələrinin olduğunu vurğuladı. Tacikistanda Novruz adətlərinə dair videoçarx göstərildi. Ardınca şagirdlərin səhnəcikləri başlandı. Bu səhnəciklər ərzində şagirdlər Novruza aid bütün adət-ənənələri göstərdilər. Ulvi Əliyev və Teymur Süleymanov Kosa və Keçəlin tamaşasını göstərdi. Bahar qızları Fatimə Həsənova və Leyla Abdullayeva isə mahnı ifa etdilər. Qızların bəziləri “haxışta” oxudular. Yumurta döyüşdürüldü, papaq atıldı, küsülülərin barışması adəti göstərildi və “Ənzəli” oyunu oynanıldı. Daha sonra müəllim qeyd etdi ki, Novruz adət-ənənələri Azərbaycanın bir çox filmlərində də öz əksini tapıb. O, uşaqlara “Dəli Kür” filmindən Novruz adətlərinin əks olunduğu bir video göstərərək uşaqlardan bunun hansı film olduğunu soruşdu. Müəllim “BIBO cədvəlini” uşaqlara təqdim edərək keçdikləri mövzu haqqında nəyi bildiklərini, nəyi bilmək istədiklərini və nəyi öyrəndiklərini qeyd etdi. Sonda isə dərsin nəticələri göstərildi. Düzgün cavablara əsasən nəticə ondan ibarət oldu ki, mövzu tamamilə mənimsənilib.
Orta məktəblərimizdə bu cür açıq dərslərin keçirilməsi təhsilimizin inkişafına yönəlmiş addımlardan biri kimi qiymətləndirilir. Həqiqətən, bu dərsdə şagirdlərin bilik səviyyəsi yüksək idi. Bunu onların ingilis dilini səlis danışmağından daha aydın başa düşmək mümkün idi. Həmçinin kompozisiyalarda oynadıqları rollardakı peşəkarlıq təqdirəlayiqdir. Müasir təhsil sistemindən bəhrələnən gənclər daha peşəkar və potensiala malikdirlər. Dərsin gedişi ərzində şagirdlərin dil biliklərinin yüksək səviyyədə mənimsənilməsi məni, həqiqətən, çox sevindirdi.
Mahmud Əyyub
Aytən Əlisgəndərova




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info