“Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqət digər ölkələrə nümunədir”
Tarix: 16.03.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Bakıda, “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Elmi-praktik konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.

Şirin su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır
Azərbaycan Prezidenti beynəlxalq elmi-praktik konfransın iştirakçılarına məktub ünvanlayıb. Məktubu konfrans iştirakçılarına Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çatdırıb. “Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov elmi-praktik konfransda deyib ki, Azərbaycanın şirin su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. O bildirib ki, "Aşağı axın" ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənilmir: “Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi, çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur”. Q.Hüseynovun sözlərinə görə, Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İranla saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır.

“Azərsu”da “İdeya Laboratoriyası” qurulması prosesi başa çatmaq üzrədir
Qorxmaz Hüseynov qeyd edib ki, Dünya Su Şurası çərçivəsində yaradılan Smart Qrupun üzvü olan “Azərsu”da yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laboratoriyası” adlandırılan tam modernləşdirilmiş Startap sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir. O deyib ki, bu gün ölkədə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir: “Dövlət başçısı bu sahənin inkişafına xüsusi diqqət göstərir. Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır”. Q.Hüseynovun sözlərinə görə, əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, dünyanın aparıcı maliyyə qurumları yaxından iştirak edir.

“Azərbaycan hökuməti suyun keyfiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır”
Dünya Su Şurasının sədri Benedito Braqa deyib ki, Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqət digər ölkələrə nümunə olmalıdır. O bildirib ki, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4 faizini ayırır. Ancaq bu məbləğ minimum 6-7 faiz olmalıdır. Azərbaycan isə bu sahəyə 10 faiz maliyyə ayırır. Bu, möhtəşəm və nümunə götürüləsi haldır. B.Braqa qeyd edib ki, Azərbaycan hökuməti suyun keyfiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Xoş haldır ki, bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimiz var. "Su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və onların çalışdığı mütəxəssislər olmalıdır. Burada bir sıra məsələlər var: ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması. Bu cür məsələlərin müzakirəsi üçün bu Birinci Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir",- deyə Dünya Su Şurasının sədri qeyd edib. Benedito Braqa bildirib ki, Azərbaycan su çatışmazlığının aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir. O bildirib ki, dünyada su çatışmazlığı məsələsini aradan qaldırmaq üçün işlər görülür. Burada önəmli bir məqam tələb və təklifin bir-birinə uyğunluğudur. Birinci məqam olaraq onu qeyd etmək lazımdır ki, əsas məsələ əldə olan vəsaitin düzgün istifadə olunması və infrastrukturun düzgün qurulmasıdır. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatlarına uyğun istifadə olunur. B.Braqanın sözlərinə görə, ikinci məqam isə tələb və təklif arasında balansı düzgün yaratmaq, insanları sudan səmərəli istifadə etmələri yönündə maarifləndirməkdir: “Dünya Su Şurası olaraq bildirmək istəyirik ki, bu sahədə Azərbaycan kifayət qədər təcrübəyə malikdir. Lazım gələrsə, biz də öz dəstəyimizi göstərməyə hazırıq”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info