Əli Əhmədov: “Qarşıda duran məsələlərdən biri iqtisadiyyatımızı daha da inkişaf etdirməkdir”
Tarix: 16.03.2017 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan iqtisadiyyatı ötən illərdə ciddi şəkildə dəyişib. Bunu Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirilmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda keçirilən "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biri aclıqdır: "Hətta bəzi ölkələrdə insanlar nəinki qida tapmaq uğrunda mübarizə aparırlar, bu qidanın hansısa ölkədən gəlməsini gözləyirlər. Dünyada gündəlik 1-1,5 dollara yaşayan insanların sayı kifayət qədər çoxdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya əhalisinin 1 faizinin malik olduğu sərvətlər qalan 99 faizin sərvətləri qədərdir. Bu, bəşəriyyəti düşündürən məsələdir. Dünyada elə ölkələr var ki, orada insanların ömrünün uzunluğu 50 ildir, inkişaf etmiş ölkələrdə isə ömür uzunluğu 80 ili keçib. Bu da bəşəriyyəti düşündürən məsələdir".
Azərbaycan iqtisadiyyatının ötən illərdə ciddi şəkildə dəyişdiyini bildirən Ə.Əhmədov deyib ki, bu, insanların həyat şəraitinə də təsir göstərib. Qarşıda duran məsələlərdən biri iqtisadiyyatımızı daha da inkişaf etdirmək və beynəlxalq birliyin səylərinə qoşularaq ona töhfələr verməkdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, elmin cəmiyyətə töhfəsini yüksək qiymətləndirirlər. Elmin unikal məqsədlərindən istifadə edərək qlobal məqsədlərə nail olmalıyıq. Yoxsulluğun aradan qaldırılması baxımından elm böyük əhəmiyyət kəsb edir.
Q.İshaqzai deyib ki, hər bir inkişafın kökündə elmi dayaqlar dayanır. Onun sözlərinə görə, Azərbaycanda da dayanıqlı inkişafın təmin edilməsində elm mühüm rol oynayır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info