“İqtisadi şaxələndirmə siyasətinin müsbət nəticələri cari ildə də özünü aydın şəkildə göstərir”
Tarix: 16.03.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Hari Counzla görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov H.Counzu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, ona yeni işində uğurlar arzulayıb. 
Nazir ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sahəsində ötən dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumat verib. S. Müslümov bildirib ki, qlobal iqtisadi böhranın kəskinləşdiyi son illərdə də Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatları ölkəmizdə makroiqtisadi sabitliyin, eyni zamanda qeyri-neft sektorunda artımın davam etməsinə imkan verib: "İqtisadi şaxələndirmə siyasətinin müsbət nəticələri cari ildə də özünü aydın şəkildə göstərir və bu ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artım qeydə alınıb. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycan iqtisadiyyatında artıq bu sektorun çəkisi 70% təşkil edir. Bu pozitiv proseslərdə dövlət başçısının sosial-iqtisadi siyasətinə uyğun olaraq, iqtisadiyyatın sosialyönümlü inkişafı, o cümlədən məşğulluq amili ön planda saxlanılır. Xüsusən sahibkarlığın inkişafına hərtərəfli şəraitin yaradılması özəl sektorun iqtisadiyyatda çəkisinin 80%-ə, bu sektorun məşğulluqda payının isə 75%-ə yüksəlməsinə şərait yaradıb. 2003-2015-ci illərdə də qeyri-dövlət sektoru üzrə məşğul əhalinin sayında 700 min nəfərdən çox və ya 25,2% artım özünü göstərib".
 
BP-nin Azərbaycan iqtisadiyyatında rolundan bəhs edən S.Müslümov xeyli sayda insanın məşğulluğunun təmin olunduğu şirkətdə yerli işçi qüvvəsindən istifadənin də genişlənməsinin əhəmiyyətli amil olduğunu diqqətə çatdırıb: "BP-nin məşğulluqda rolu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu şirkət arasında bir sıra istiqamətlərdə əməkdaşlıq təcrübəsi formalaşıb. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı üçün şirkətdə yaranan boş iş yerləri (vakansiyalar) barədə milli qanunvericilikdə müəyyən olunmuş qaydada məşğulluq orqanlarına məlumatın təqdim olunması bu əməkdaşlıqda ən çox diqqət yetirdiyimiz məsələlərdən biridir. Eyni zamanda işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, neft sektorunda tələbatın artacağı peşə və ixtisaslarla bağlı proqnozların, peşə və ixtisas standartlarının hazırlanması, tətbiqi və sair ilə bağlı əməkdaşlıq istiqamətləri mövcuddur".
 
Nazir işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsilinin təşkili, əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna köməkliyin göstərilməsi və sair məsələlərin də BP ilə əlaqələr müstəvisində aktual olduğunu diqqətə çatdırıb: "Hesab edirəm ki, bu istiqamətlərin hər biri üzrə əməkdaşlığın əməli işlər müstəvisində davam etdirilməsi üçün geniş imkanlar vardır və əminəm ki, qarşıdakı dövrdə bu imkanlardan maksimum istifadə olunacaqdır".

H.Counz BP-nin genişmiqyaslı fəaliyyətində tərəfdaşlarla birgə davamlı sosial proqramların həyata keçirilməsinin, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, işçi heyətinin ixtisas artımı ilə əlaqədar müvafiq işlərin aparılmasının mühüm yer tutduğunu qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin müvafiq istiqamətlər üzrə davam etdirilməsi üçün qarşıdakı dövrdə məqsədyönlü işlərin görüləcəyini bildirib.

Görüşdə əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, habelə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığının təşkili, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info