PR menecrlər arasında breyn-rinq yarışı keçirilib
Tarix: 16.03.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelində korporativ kommunikasiyalar və PR sahəsində çalışan menecerlər arasında Novruz bayramına həsr olunmuş breyn-rinq yarışı keçirilib. Breyn-rinq yarışı “Parlaq Zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirildi. Oyun zamanı iştirakçılar müxtəlif maraqlı sualları cavablandırıblar.
Tədbirdə “AtaHolding”, “Bakcell”, “AtaBank” ,“PAŞA Həyat Sığorta”, İcbari Sığorta bürosunun, “Excelsior Hotel & Spa Baku” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
“Bakcell” şirkətinin Korporativ Kommunikasiya üzrə mütəxəssis Abbas Musayev, “AtaBank” ASC-nin Korporativ Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov və “PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyev iştirakçılara xatirə hədiyyələri təqdim ediblər.
“PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyevin sözlərinə görə, “AtaHolding” tərəfindən PR menecerlər arasında təşkil edilən breyn-rinq oyunu artıq ənənə halını alıb. Bu tədbirin təşkilində əsas məqsəd yalnız oyunun keçirilməsi deyil. Məqsədimiz ölkədə fəaliyyət göstərən şirkətlərin PR menecerlərini bir araya toplayaraq onlarla dostluq və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırmaq və bu münasibətlər nəticəsində yeni-yeni layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Tədbir ili ildən təkmilləşərək daha yaxşı səviyyədə təşkil olunur. Dünənki tədbir də yüksək səviyyədə təşkil olunmuşdu. Biz “PAŞA Həyat Sığorta” olaraq “AtaHolding”in birgə əməkdaşlıq layihələrində iştirak edirik və bundan sonra da bu cür layihədərə daim dəstək göstərməyə hazırıq” - deyə, E.Hüseynquluyev bildirib.
“Bakcell” şirkətinin korporativ kommunikasiyalar üzrə mütəxəssisi Abbas Musayev tədbirlə bağlı bildirdi: “Belə maraqlı yarış təşkil etdiklərinə və tədbirə dəstək göstərməyimiz üçün şərait yaratdıqlarına görə “AtaHolding”-in təmsilçisi Dilarə Zamanovaya təşəkkürümüzü bildiririk. Oyun çox maraqlı keçdi. Bu cür tədbirlər sayəsində ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında əlaqələr daha da möhkəmlənir və onların asudə vaxtının səmərəli keçməsi üçün gözəl imkan yaranır”.
“AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirlər bağlı qeyd eti ki, bu tədbirin məqsədi bayram əhval-ruhiyyəsi yaratmaq, iştirakçıları sevindirmək və onları motivasiya etməkdir.
Qeyd edək ki, “AtaHolding”, “AtaBank”, “Bakcell” və “Paşa Həyat Sığorta” ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrində fəal iştirak edir və bu cür layihələri dəstəkləyir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info