Bakı Ali Neft Məktəbi ilə BP-nin növbətı layihəsi
Tarix: 16.03.2017 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) BP və “Twenty Eighty Strategy Execution” şirkətləri ilə əməkdaşlıq çərçivəsində “Layihələrin İdarə Olunması Məktəbinin” (School of Project Management-SPM) açılış mərəsimi keçirilib.
BANM-dən bildiriblər ki, tədbirdə BP-nin və SOCAR-ın rəhbərliyi, SPM-in məzunları, işgüzar cəmiyyətlərin - Amerika Ticarət Palatasının, Britaniya Biznes Qrupunun, Almaniya-Azərbaycan Ticarət Palatasının nümayəndələri və xarici qonaqlar iştirak ediblər. Tədbirdə BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı layihə haqqında qısa məlumat verib.
BP-nin əlaqələr, xarici işlər və regional strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli vurğulayıb ki, təhsil müəssisələri ilə aparıcı şirkətlərin əməkdaşliq etməsi bu gün çox aktualdır. Layihənin bu yeni dövründə biz icraçı tərəf qismində çıxış edən, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” və BANM ilə əməkdaşlıq edəcəyik. Ümidvarıq ki, bu yeni əməkdaşlarla “Layihələri İdarəetmə Məktəbi” daha böyük nailiyyətlər qazanacaq.
BANM ilə BP şirkəti arasındakı geniş əməkdaşlıqdan söz açan bu ali təhsil ocağının rektoru Elmar Qasımov ali məktəbin transmilli şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, BANM-də idarəçilik məktəbinin yaradılması üçün gələcəkdə işgüzar mühitdə çalışacaq hər bir fərd əvəzedilməz imkanlarla təmin ediləcək. O deyib: “Layihələrin İdarə Olunması Məktəbinin” BANM-də fəaliyyəti ali məktəbin nailiyyətlərinin bir daha tanınması deməkdir. Xüsusi fəxr ilə qeyd etmək istərdik ki, bilikləri ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən təsdiqlənəcək SPM-in məzunları məhz bizim məktəbimizdə belə yüksək biliklərə yiyənələcəklər”.
“Twenty Eighty Strategy Execution” şirkətinin proqram meneceri Ed Hyuz BANM-də tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, “Layihələrin İdarə Olunması Məktəbində” iştirak edən hər bir mütəxəssis layihələrin, risklərin idarə olunması, planlaşdırma və büdcəyə nəzarət, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə edəcəklər.
Sonda tərəflər arasında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, “Layihələrin İdarə Edilməsi Məktəbi” proqramı 2011-ci ildə BP və şirkətin tərəfdaşları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədilə təsis edilib. “Twenty Eighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşı ilə birgə həyata keçirilən proqram yeddi moduldan ibarətdir. Yekunda proqramın iştirakçılarına ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Artıq layihənin birinci və üçüncü mərhələləri həyata keçirilib və proqramda müxtəlif yerli, beynəlxalq dövlət və özəl sektorun aparıcı mütəxəssisləri iştirak ediblər. Başlandığı gündən etibarən proqrama 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis qatılıb. Onlardan 129-u magistr, 192-si isə digər sertifikatlarla təltif olunub. Artıq Bakı Ali Neft Məktəbinin dəstəyi ilə proqramın dördüncü mərhələsinin həyata keçirilməsinə başlanıb. Bu mərhələdə 52 mütəxəssis üçün təlim keçiriləcək və daha sonra BANM proqramı müstəqil tədris etmək səlahiyyəti qazanacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info