Bakı Şopinq Festivalı sahibkarlığın inkişafına xidmət edəcək
Tarix: 17.03.2017 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


100 manatlıq və daha çox alış-veriş edən hər bir Azərbaycan vətəndaşı da əlavə dəyər vergisinin qaytarılmasından istifadə edə biləcək

“Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb. Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən Azərbaycana turist və müştəri axını gözlənilir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamı bu sahənin inkişafında yeni mərhələ açır”. Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Four seasons” hotelində Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında səsləndirib. O bildirib ki, sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək. Ə.Qarayev deyib: “Böyük ölkələrin ticarət festivalları ənənəsi hər zaman turist axınına səbəb olur. Hər ölkənin özünəməxsus xüsusiyyəti var. Dünya üzrə ticarət fəaliyyətində turizm bazarı 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır”. Festivalın təşkilinin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edildiyini deyən nazir vurğulayıb ki, Büro festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır. Festivalın daha maraqlı və cəlbedici olması üçün müxtəlif lotereya oyunlarının, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kinofestivallar təşkil ediləcək. Diqqətə çatdırılıb ki, festivalın rəsmi internet saytı olan “www.bakushopfest.com” saytı Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb. Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına Çağrı mərkəzi (Call Center) veriləcək. Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verəcək Çağrı mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək. Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, festival müddətində əlavə dəyərin qaytarılması Vergilər Nazirliyinə həvalə olunub. Sahib Ələkbərov deyib: “Azərbaycanda iyul ayından etibarən milli “Tax Free” sistemi tətbiq olunub. Bizim sistem daha rahat və effektivdir. Ötən müddətdə əlavə dəyər vergisinin qaytarılması ilə bağlı 6 min 863 faktura verilib. Əməliyyatların ümumi məbləği 12 milyon manatdan çoxdur. Bu günə qədər xarici ölkə vətəndaşlarına bir milyondan çox vəsait qaytarmışıq. Ticarət festivallarında minimum məbləğ 100 manat civarında nəzərdə tutulub. 100 manatlıq və daha çox alış-veriş edən hər bir Azərbaycan vətəndaşı da əlavə dəyər vergisinin qaytarılmasından istifadə edə biləcək. Hazırda “Tax Free” sistemində 254 obyekt var. Onlar da ticarət festivalı sistemindən yararlana bilərlər. Hazırlıq işləri başa çatmaq üzrədir, vergi əməkdaşları artıq seçilib və qeydiyyat aprelin 10-dək başa çatdırılmalıdır”. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakı Şopinq Festivalının əhəmiyyətindən danışaraq bildirib ki, festival günlərində ölkəmizə turist axını daha da çoxalacaq. Festival çərçivəsində Azərbaycanın yüngül sənaye məhsullarının da realizə ediləcəyini deyən S.Həsənova ölkəmizdə qonaq olacaq xarici ölkə vətəndaşlarının bu şəraitdən yüksək səviyyədə yararlana biləcəyini söyləyib. Vurğulanıb ki, festival ticarət və nəqliyyat sahəsinə də böyük təsir göstərəcək. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fiduma Hüseynova və Azərbaycan Konqreslər Birliyinin icraçı direktoru Ülviyə Mirqasımova da festivalın ölkəmiz üçün önəmindən danışıblar. Diqqətə çatdırılıb ki, sahibkarlar festivalın rəsmi internet saytında qeydiyyatdan keçərək, iştirakçı statusu almaqla öz məhsullarını festival zamanı paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər. Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info