Avropa dövlətlərinin türkiyəli nazirlərə qadağaları əks effekt verir
Tarix: 17.03.2017 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Berlin Türkiyə vətəndaşlarının Almaniya ərazisində referendumda iştirak etmələrinə ümumiyyətlə icazə verməmək niyyətindədir
Almaniyanın yetkinlik yaşına çatmış türk mənşəli təxminən 3,5 milyon sakinindən təqribən 1,5 milyonu Türkiyə vətəndaşıdır. Deməli, bu insanlar onların tarixi vətənində konstitusion dəyişikliklər barədə aprelin 16-sına təyin edilmiş referendumda iştirak edə bilərlər. Bu milyon yarım səs həlledici rol oynaya bilər. Ona görə də türkiyəli siyasətçilər Almaniyada yaşayan Türkiyə vətəndaşları ilə görüşlər keçirirlər. Xatırladaq ki, Türkiyənin xarici işlər nazirinin keçən həftə AFR-dən olan həmkarı ilə görüşdə Berlinə təqdim etdiyi siyahıda martın sonuna qədər Almaniyanın müxtəlif şəhərlərində keçirilməsi planlaşdırılan seçkiqabağı mitinqlərdə Türkiyədən olan siyasətçilərin daha 15 çıxışının siyahısını təqdim edib. Dünən, martın 15-də isə AFR XİN-in rəsmi nümayəndəsi Martin Şefer hökumət səviyyəli mətbuat konfransında bildirib ki, Ankaraya təqdim edilmiş verbal notada Almaniyada 13 seçki məntəqəsi təşkil edilməsinə rəsmi icazə verilməsi göstərilib. AFR-də yaşayan Türkiyə vətəndaşlarına həmin seçki məntəqələrində Türkiyə konstitusiyasında dəyişikliklərə öz münasibətlərini bildirmək imkanı verilməlidir. KİV-lər yazırlar ki, AFR hökuməti Almaniya mətbuatında “Ərdoğanın emissarları” adlandırılan türkiyəli siyasətçilərin səfərlərinə türklərin AFR tərəfindən arzu edilən reaksiyasına nail ola bilmədiyini və qadağa tədbirlərinin əks effekt verdiyini yəqin edəndən sonra səsvermənin nəticələrinə təsir göstərmək üçün indi ifrat tədbirə əl atmaq – verbal notanı ləğv edərək Türkiyə vətəndaşlarının Almaniya ərazisində referendumda iştirak etmələrinə ümumiyyətlə icazə verməmək niyyətindədir. Beləliklə, gördüyümüz kimi, “demokratiya” qüvvədədir!




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info