Niderlandda seçkilər: Rüttenin partiyası qalib gəlsə də, mandat itirir
Tarix: 17.03.2017 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Mark Rüttenin rəhbərlik etdiyi sağ liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (ADXP) Niderlandda keçirilən parlament seçkilərində qələbə qazanaraq 150 yerdən 33-nə sahib olub. Bununla belə, hazırkı Baş nazir Rüttenin partiyası parlamentdə 8-9 yer itirib. Bu, 388 bələdiyyədən 362-də səslərin hesablanması başa çatdıqdan sonra dərc olunan ilkin nəticələrdə öz əksini tapır. TASS informasiya agentliyi xəbər verir ki, seçkilərdə ikinci yerdə parlamentdə 20 mandat əldə edilən Hert Vildersin ultrasağçı Azadlıq Partiyası (AP), üçüncü yerdə isə hər biri 19 mandat qazanan “Xristan-Demokratik Çağırış” (XDÇ) və “Demokratlar-66” (D-66) partiyaları gəlir. Seçici aktivliyinin 80 faiz təşkil etdiyi səsvermənin rəsmi nəticələri təkrar hesablamadan sonra martın 21-də Seçki Şurası tərəfindən elan ediləcək. Səsvermədən sonra növbəti vacib mərhələ hakim koalisiyanın formalaşması olacaq. Ekspertlərin fikrincə, bu mərhələdə müəyyən çətinliklər yaşana bilər. Belə ki, son 40 ildə ilk dəfədir ki, koalisiya 2 və ya 3 partiyadan deyil, azı 4 siyasi güc vasitəsilə qurulmalıdır. Bunların içərisində ən çox ehtimal olunanı ADXP, XDÇ, D-66-ya qoşulacaq bir və ya iki partiyanın koalisiyasıdır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 “Bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işləri aparılır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info