Nəqliyyat dəhlizləri ixrac potensialını artıracaq
Tarix: 17.03.2017 | Saat: 02:01:00 | E-mail | Çapa göndər


Tarixi Böyük İpək Yolu Qərb və Şərqi birləşdirən yeganə nəqliyyat koridoru qismində çıxış edərək əsrlərlə xalqlar arasında ticarətin inkişafında mühüm rol oynamış və ticari əlaqələrin təkmilləşməsində özünəməxsus yer tutmuşdur. Beynəlxalq ticarətin genişlənməsində, xalqların bir-birinə yaxınlaşmasında və dövlətlərin iqtisadi gücünün böyüməsində Tarixi Böyük İpək Yolunun əhəmiyyəti danılmazdır. Müasir dövrdə iqtisadi əlaqələrin böyüməsi, ticarət dövriyyəsinin artması, nəqliyyat infrastrukturunda baş verən yeniliklər və nəqliyyat vasitələrinin təkmilləşməsi Böyük İpək Yolunun yenidən tarixi bərpası zərurətini doğurub.
Öz başlanğıcını Şərqi Çin dənizi sahilində yerləşən Sinan şəhərindən götürən, Avropa və Asiyanın bir çox şəhərlərini birləşdirən, uzunluğu 13 min km olan BİY-in yenidən bərpası ideyasının perspektivləri və gerçəkləşdirilməsi imkanlarının öyrənilməsinə UNESKO-nun himayəsi ilə Beynəlxalq Komissiya hələ 1980-ci ildə başlayıb. Bu məqsədlə bir neçə forum və seminarlarda layihənin inkişaf məsələləri və istiqamətləri müzakirə edilib.
1993-cü ilin mayında Brüsseldə beynəlxalq konfrans keçirilib və burada Avropa Birliyi tərəfindən TRASEKA layihəsi təklif olunub. Həmin konfransda Avropa Birliyinin layihəyə texniki yardım proqramı razılaşdırılıb. Texniki yardım proqramı Avropadan Qara dənizə, sonra Cənubi Qafqaz və Xəzər dənizindən Orta Asiyaya keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələlərini əhatə edir.
Azərbaycanın coğrafi mövqeyi elə bir əlverişli regionda yerləşir ki, dünyanı birləşdirən iki mühüm nəqliyyat dəhlizləri burada qovuşur. “Şərq-Qərb nəqliyyat dəhlizi” ilə “Şimal-Cənub nəqliyyat dəhlizi”nin Qərb marşurutu Azərbaycanda qovuşur. Bu isə öz növbəsində Azərbaycanın büdcə gəlirlərinin artmasında, iqtisadiyyatın nəqliyyat sektorunda dividendlərin yüksəlməsində və daxili sabitliyin qorunub saxlanılmasında öz töhfəsini verəcəkdir.
Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi ona yeni və daha zəngin imkanlar təqdim edir. Belə ki, Rusiya və İran ərazisindən dəmir və avtomobil yolu ilə Mərkəzi Asiyaya çıxış imkanları həddindən artıq yüksək məsrəf tələb edirsə, bunu Azərbaycan-Xəzər-Mərkəzi Asiya su yolu ilə azaltmaq mümkündür. Bu gün ölkəmiz Xəzərdə gəmiçiliyin inkişafı üçün silsilə addımlar atır. Gəmiçiliyin maddi-texniki bazasını gücləndirir. Bununla əlaqədar olaraq 6 dekabr 2016-cı ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətləri arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıb. Strateji əməkdaşlıq haqqında müqaviləyə əsasən tərəflər nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlb edilməsi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma, gəmi təmiri, yükaşırma və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəliblər. Həmin gün “Almatı-Şu istiqamətində ikinci dəmir yolu xətti” və “Kurıkbərə kompleksi” təqdim edilib və istismara verilib. Yeni Kurık bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı limanına daha yaxın məsafədə yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq.
Hazırda 13 gəmi-bərə Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də donanmasında gəmi-bərələrin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik 2016-cı ilin oktyabr ayında daha 2 unikal Ro-Pax tipli gəmi-bərənin tikintisini Bakı gəmiqayırma zavodunda sifariş verib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması heç bir maneə olmadan həyata keçiriləcək. Bərələrin sayının artırılması həm də Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.
"Şərq-Qərb nəqliyyat dəhlizi"nin istər avtomobil yolu, istərsə də dəmir yolunun ölkəmizdən keçəcək istiqaməti bərpa olunur. Nəqliyyat sahəsində dəmir yolunun oynadığı mühüm rolu nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu "Şərq-Qərb nəqliyyat dəhlizi"nin inkişafına təkan verəcək. Bu dəhlizin həyata keçirilməsində dünya dövlətləri nə qədər maraq ortaya qoyursa, Azərbaycanın da öz növbəsində maraqları mühüm əhəmiyyət kəsb edir. Bu, ölkəmizin beynəlxalq nəqliyyat koridoruna çıxışını təmin etməklə bərabər, gələcəkdə dövlətimizin ixrac potensialının artmasında öz töhfəsini verəcəkdir. Həmçinin qonşu və region dövlətləri də bu koridora çıxış imkanlarına sahib olmağa çalışacaq ki, bu da Azərbaycana yeni iqtisadi və siyasi üfüqlər açacaq.
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info