Əfv sərəncamının icrasına başlanılıb
Tarix: 17.03.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.
 
Prezident İlham Əliyevin martın 16-da imzaladığı sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.
 
Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
 
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Hüseynov Ceyhun Zakir oğlunun cəzası 25 il müddətə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
 
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilib.
 
Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.
Qeyd edək ki, sərəncamla qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb. Məhbusların azadlığa buraxılması mərasimində Ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəisi müavini Hüseyn Əlixanov və digərləri iştirak ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info