Türkiyədə “İŞİD” üzvləri saxlanılıb
Tarix: 17.03.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Türkiyə polisi İstanbulda hücumlar törətməyi planlaşdıran  “İŞİD” terror qruplaşmasını iki üzvünü saxlayıb.  
 
“Hurriyyet”in verdiyi xəbərə görə, əməliyyat ötən gün İstanbulun Kaqıtxane rayonunda keçirilib. Axtarış zamanı şübhəli şəxs qismində saxlanılan  həmin  şəxslərdən iki ədəd “Kalaşnikov” avtomat silahı və 500-dən çox patron aşkarlanaraq götürülüb.   
 
Saxlanılan şəxslər daha əvvəl həbs edilən Abdulkadır Maşaripovla birgə “İŞİD”in yerli özəyinin üzvü olublar.
 
Xatırladaq ki,  Abdulkadır Maşaripovun Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubuna hücumu nəticəsində 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Hücuma görə məsuliyyəti “İŞİD” öz üzərinə götürüb.
 
A.Maşaripov yanvarın 16-da İstanbulun Esenyutr rayonunda antiterror əməliyyat zamanı saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info