Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə edilib
Tarix: 17.03.2017 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi" mövzusunda panel keçirilib.
 
Harvard Biznes Məktəbinin dosenti Qautam Mukundanın moderatorluğu ilə keçirilən paneldə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Pakistanın sabiq baş naziri Şövkət Əziz, İtaliya prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi, Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov, Macarıstanın sabiq baş naziri Peter Medqiessi və Tsinqua Universitetinin Schvarzman Kollecinin dekanı David Qinqzonq Pan iştirak ediblər.
 
B. Tadiç bildirib ki, Çin əsasən iqtisadiyyatın qloballaşdırılmasına diqqət yetirir: “Çin təbii ki, böyük bir gücdür. Keçmişdə Çin kifayət qədər kənara çəkilmişdisə, hazırda beynəlxalq arenaya fərqli şəkildə qayıdır. Çin artıq passiv oyunçu olmayacaq. Çin qlobal quruluşu dəyişməyə cəhd edəcəkmi?! Mən düşünmürəm ki, Çin buna gedəcək. Çünki Çin konservativ ölkədir”.
 
Ş. Əziz deyib ki, münaqişələrin artdığı dövrdə Çin sülh şəraitində yüksəlməyə çalışır: “Bütün dünya, bütün millətlər üçün çoxqütblü dünya əlverişlidir. Çinin iqtisadi gücü artdıqca, onun müdafiə qüdrəti də artacaq. Əslində bu, narahatlıq doğurmamalıdır. Son hərbi parad onu deməyə əsas verir ki, Çin çox güman qlobal bir tərəfdaş kimi meydana çıxır”.
 
A. Z. Landi isə qeyd edib ki, Çin Avropa üçün bir sıra problem və çətinliklər yaradır: "Onlar planlı şəkildə öz sənayelərini inkişaf etdirirlər, amma ortada yeni bir şey yoxdur. Çin hökuməti mövcud, effektiv olmayan təsisatların effektivliyini mümkün qədər artırmağa çalışır. Növbəti mərhələdə nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil".
 
Qırğızıstanın Çinlə 1100 km məsafədə sərhədə malik olduğunu diqqətə çatdıran A. Jumaqulov deyib ki, Çin Qırğızıstanın düşdüyü çətin vəziyyətlərdən heç vaxt öz maraqları üçün yararlanmağa çalışmayıb: “Çinin çox böyük imkanları var. Onlar irəliyə gedə biliblər. Çin Xalq Respublikasının Mərkəzi Asiya ölkələrinə, eləcə də bizə münasibəti mehribandır. Biz buna 25 illik müstəqillik dövründə şahid olmuşuq”.
 
P. Medqiessi bildirib ki, Çində bank sektoru ciddi çətinliklə üzləşərsə, bu, dünyada fəlakətə gətirib çıxara bilər: “Çin bu sahədə də məsuliyyəti öz üzərinə götürməli, bankları pis aktivlərdən təmizləməlidir. Dünya Çinin güclənməsində maraqlıdır. Çin dünya iqtisadiyyatında və maliyyəsində aktiv oyunçulardan biri olmalıdır”.
 
Çində 80 milyon insanın illik gəlirinin 800 ABŞ dolları təşkil etdiyini vurğulayan D. Q. Pan qeyd edib ki, ölkəsində yoxsulluğa qarşı mübarizə güclü getməlidir: “Hər gün Çinin dəyişdiyinin şahidi oluruq. Biz açıq qapı siyasəti yürüdürük. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, əməkdaşlığımızın praktiki olmasını istəyirik. Biz gömrük və ticarət baryerlərini də aradan qaldırmağa çalışırıq. Ümidvaram ki, Donald Tramp bununla razılaşacaq”.
 
Panelin sonunda suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info