Diaspor və vətəndaş cəmiyyəti üzvləri Cocuq Mərcanlıya gediblər
Tarix: 17.03.2017 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan dövləti tərəfindən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezidentin sərancamına əsasən tikinti-abadlıq işlərinə başlanması diaspor üzvləri tərəfindən də böyük sevinclə qarşılanıb. Məhz buna görə də Diaspor Jurnalistləri Birliyi və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan soydaşlarımızın martın 16-da Cocuq Mərcanlı kəndinə səfəri olub. Səfərdə Rusiya, Hollandiya, Polşadakı diaspor üzvləri iştirak ediblər. Eyni zamanda səfərə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, Dünya Gənc Türk Yazarlar Birliyi və digər vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də gənc ictimai fəallar qoşulublar.
Səfər Azərbaycan torpaqlarının azadlığı uğurunda canlarından keçən vətən övladlarının ruhuna hörmət olaraq Bakıdakı Şəhidlər Xiyabanından başlayıb.
Diaspor və vətəndaş cəmiyyəti üzvləri öncə Cocuq Mərcanlı kəndindəki yeganə ailənin başçısı Oqtay Həziyevlə görüşüblər. Həmçinin kənddə aparılan tikinti-abadlıq işləri ilə yaxından tanış olublar. Daha sonra onlar N saylı hərbi hissədə olublar. Əsgərlərimizi Novruz bayramı münasibətilə təbrik ediblər.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində səfər iştirakçılarını Müdafiə Nazirliyinin hərbiçiləri və Daxili İşlər Nazirliyinin polisləri müşayiət ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info