“Azərbaycan bizim birgə səylərimizin dəstəklənməsində vacib rol oynayır”
Tarix: 17.03.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Bakıda "Asiyanın Qəlbi-İstanbul Prosesi"ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir.
 
İclasda çıxış edən Azərbaycan XİN-in Beynəlxalq Təhlükəsizlik Departamentinin rəisi Qaya Məmmədov Azərbaycanın bu prosesə 2012-ci ildən qoşulduğunu və bu il "İstanbul prosesi"nə həmsədrlik etdiyini deyib.
 
O, iclasda görülmüş işlərlə bağlı hesabatların veriləcəyi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunacağını deyib.
 
Daha sonra çıxış edən Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayi ölkəsinin və Əfqanıstanın vacib tərəfdaşı kimi Azərbaycanın bu il "Asiyanın Qəlbi- İstanbul prosesi"nə həmsədrlik etdiyini bildirib: "Azərbaycan bizim birgə səylərimizin dəstəkləməsində vacib rol oynayır. Proses iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulan görüşünün təşkilinə görə Azərbaycana təşəkkür edirik. Həmçinin Hindistana ötənilki yaxşı sədrliyə görə təşəkkür edirik. Proses ölkələri regionda iqtisadi layihələri və ticarəti gücləndirməlidir. Həmçinin ölkələr arasında siyasi dialoqu təbliğ etmək vacibdir. Əminəm ki, bu proses Əfqanıstan və proses iştirakçısı olan digər ölkələrdə sülh və stabilliyin təmin olunmasında böyük rol oynayacaq".
 
Hikmət Xəlil Kərzayi Azərbaycanın Əfqanıstanda sülh və əmin-amanlığın təmin olunmasında böyük rol oynadığını da qeyd edib.
 
İclas daha sonra qapalı davam etdirilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info