22 min tərtərli kütləvi tibbi müayinədən yararlanıb
Tarix: 17.03.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Tərtər rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Fevralın 15-dən bu günədək kütləvi tibbi müayinədən 21 yaşayış məntəqəsinin sakinləri, 122 idarə və müəssisənin kollektivləri olmaqla ümumilikdə 22 min 63 nəfər yararlanıb.
Tərtər rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva AZƏRTAC-a bildirib ki, rayonun səhiyyə işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn bu nəcib aksiyaya həvəslə qoşulublar. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları rayonun kəndlərində də əhalinin tibbi müayinəsini həyata keçirirlər.
Baş həkimin müavini deyib ki, müayinələrin yüksək səviyyədə aparılması, vətəndaşların rahatlığı üçün xəstəxana zəruri avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb. Sakinlər əsasən terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq, ginekoloq tərəfindən müayinə edilir, kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Müayinələr nəticəsində sakinlərdən 1635 nəfəri ambulator, 17 nəfəri stasionar müalicəyə cəlb edilib, bir nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib. Ümumilikdə tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsi üzrə yaşı 18-dən yuxarı olan 58 min 366 nəfərin keçməsi nəzərdə tutulur.
Dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğısı cəbhə bölgəsinin sakinləri tərəfindən rəğbətlə qarşılanır. Rayon sakini Təranə Fərzəliyeva tibbi müayinələrin təşkilindən, yaradılan şəraitdən razılıq edərək deyib: “Həkimlər tərəfindən hərtərəfli müayinə olundum. Müayinə zaman məndə yüksək qan təzyiqi aşkarlandı və stasionar müalicəyə cəlb edildim. Ölkəmizdə hər il keçirilən bu xeyirxah aksiyaya və yaradılan şəraitə görə Prezidentimizə ürəkdən minnətdarıq”.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar
23.04.2019
“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?
23.04.2019
Aşağı məbləğdə hesablanan pensiyalar müəyyən edilərək artırılıb
23.04.2019
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info