Uşaq evinin 13 yaşlı sakininə ad günü keçirilib
Tarix: 17.03.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələri Novruz bayramı ərəfəsində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların məskunlaşdığı Gəncə Uşaq Evində olublar.
Qonaqlar uşaqlarla birgə bayram şənliyi keçirib, həmçinin buranın 13 yaşlı sakini Hüseyn Həsənovun ad gününü qeyd ediblər.
Gəncə Uşaq Evinin rəhbəri Nazilə İsmayılova tədbirdə çıxış edərək bildirib ki, 70-ə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı müəssisədə yüksək səviyyəli şərait və dərnək məşğələləri üçün otaqlar yaradılıb. Uşaqlar mütəmadi olaraq həkim müayinəsindən keçir, onlarla fərdi iş aparılır və gələcəkdə müstəqil həyata adaptasiya olunmaları üçün tədbirlər görülür.
Hamının bərabər hüquqlara malik olduğu bu cür uşaq evlərində həm də hər kəsə fərqli yanaşılmanın vacibliyini qeyd edən Nazilə İsmayılova deyib ki, böyük ailənin bir üzvü olan Hüseynin məktəbdə aldığı yüksək qiymətlərə baxmayaraq, onun öz yaşıdlarından fərqli olaraq az sevincli olması müəllimlərinin diqqətini çəkib. Bu vaxta qədər Hüseynin heç vaxt ad gününün keçirilməməsi onun əhvalına təsir göstərən səbəb kimi müəyyən edilib. Elə ona görə də uşaq evinin kollektivi Hüseynin ad gününün daha fərqli keçirilməsi üçün təşəbbüslə çıxış edib.
Dövlətimizin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Gənclər üçün Təhsil Mərkəzi Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə cəmiyyətin həssas qruplarından olan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara yalnız dövlət orqanlarının deyil, həm də QHT-lərin, ictimai təşkilatların, eləcə də ayrı-ayrı şəxslərin diqqətinin artırılmasının vacibliyini vurğulayıb.
Sonra Hüseyn üçün ad günü tortu kəsilib və ona heç vaxt keçirmədiyi ad günlərinin əvəzi kimi 13 hədiyyə təqdim olunub. Tədbir uşaq evinin və təşkilat üzvlərinin hazırladıqları maraqlı oyunlar və konsert proqramı ilə davam edib.
Sonda təşkilat üzvləri tərəfindən uşaq evinin sakinlərinə bayram hədiyyələri paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info