Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Tarix: 17.03.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə xarici ölkələrin rəsmi şəxslərindən, ictimai-siyasi xadimlərdən, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin rəhbərlərindən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, diplomatik korpusun təmsilçilərindən təbriklər gəlməkdə davam edir.
Xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina, Azərbaycanın İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqerita Kosta, İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi, İtaliyanın “Nodo di Gordio” Beyin Mərkəzinin sədri Daniele Lazzeri, Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia, Roma Sapienza Universitetinin tədqiqatçısı, Azərbaycan və Qafqaz üzrə Gənc Tədqiqatçılar Assosiasiyasının (ASSAC) sədri Daniel Pommier Vinçelli, Venesiya Ka Foskari Universiteti və Milan Sakro Kuore Katolik Universitetinin tədqiqatçısı, elmlər doktoru Karlo Frappi, İtaliya Parlamentinin XII Səhiyyə Komissiyasının vitse-prezidenti, senator Mariya Rizzotti, İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü Kristina Barcero, Mərkəzi Cənubi İtaliya Azərbaycanın Dostları Assosiasiyasının sədri Domeniko Letisiya, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya filialının rəhbəri Sandro Teti, İtalavrasia Venesiya Assosiasiyasının sədri və baş katibi, “Azerbaijan News” və “Eurasia News” qəzetlərinin direktoru Canfranko Vestuto, İtaliya-Azərbaycan Mədəni Mübadilə üzrə Avropa Assosiasiyasının prezidenti Edoardo Paniki, memar Laura Peretti, Albaniya-Azərbaycan dostluq, elm və mədəniyyət cəmiyyətinin sədri Entela Muço təbrik ediblər.
Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ölkəmizin Mərakeş Krallığındakı səfiri Tarik Əliyev, Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Xorvatiyadakı səfiri Kamil Xasıyev təbrik məktubları ünvanlayıblar.
Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Övladım və Mən” adlı layihə həyata keçirilib
21.08.2019
“Kürəkənimin dəfn mərasiminə gəlməyin”
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi büdcədən maliyyələşəcək
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info