Filippində prezidentin impiçmenti tələb olunub
Tarix: 17.03.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Filippində müxalifətdən olan deputat ağır cinayətlərə, hakimiyyətdən və ictimai etibardan sui-istifadəyə görə ölkə konqresinə prezident Rodriqo Dutertenin impiçmentini tələb edən müraciət ünvanlayıb.
Müxalifətdən olan deputat Qeri Alexano R.Duterteni impiçment qaydasında təqib olunan cinayətlərdə günahlandırıb. Prezidentin vəkili Salvador Panelo bu tələbi əsassız “qara təbliğat” adlandıraraq bildirib ki, impiçment cəhdi uğursuzluğa məhkumdur və R.Dutertenin böyük nüfuzuna heç bir təsir göstərməyəcək.
Q. Alexano qeyd edib ki, iddianın məqsədi filippinlilərə “Duterte tərəfindən yol verilən qayda pozuntularına və cinayətlərə qarşı mübarizə aparmaq” imkanı yaratmaqdır. Bununla yanaşı, deputat etiraf edib ki, bu, qeyri-bərabər mübarizədir.
Bu ərəfədə kütləvi-informasiya vasitələri prezident R.Dutertenin Davao şəhərinin meri olarkən xüsusi “məhv edənlər dəstəsi”nin üzvlərinə pul ödəyərək cinayətkarları öldürmək barədə göstəriş verməsi barədə məlumatlar yayıblar.
Xəbər verdiyimiz kimi, Filippin prezidenti narkotik vasitələrdən asılı olan insanlara və bu maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı genişmiqyaslı əməliyyatlar aparır. BMT-nin yaydığı son məlumatlara görə, R.Duterte hakimiyyətə gələndən ölkədə 6 mindən çox insan narkotik ticarətlə məşğul olduğuna görə qətlə yetirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info