İmre Madaçın əsərinin Azərbaycan dilində nəşri ədəbi-mədəni əlaqələrin inkişafına töhfədir
Tarix: 17.03.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Bakıda “Macarıstan günləri” keçirilir. Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstanın Xarici İşlər Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə birgə təşkil olunub.
Dünən “Macarıstan günləri” çərçivəsində MEK-də macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub.

Tədbirdə çıxış edən Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Azərbaycanda “Macarıstan günləri”nin təşkilinə görə minnətdarlığını bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-Macarıstan münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.
Akademik qeyd edib ki, iki ölkə arasında ədəbi əlaqələr XX əsr boyu və müstəqillik illərində geniş inkişaf edib. Qarşılıqlı olaraq Azərbaycan ədəbiyyatı macar dilinə, macar ədəbiyyatının qiymətli nümunələri isə ana dilimizə tərcümə olunub, dəfələrlə kitab halında nəşr edilib.
AMEA-nın vitse-prezidenti bildirib ki, macar ədəbiyyatının görkəmli klassiki İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda yüksək poliqrafik səviyyədə nəşri müasir dövrdə ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfədir.
Qeyd olunub ki, XIX əsrdə yazılmasına baxmayaraq “İnsanın faciəsi” poetik dramı bu gün də müasir səslənir. İndiyə qədər bu möhtəşəm əsər 40-dan çox dilə, o cümlədən bütün Avropa dillərinə tərcümə olunub. Əsər Azərbaycan dilinə ilk dəfə tərcümə edilir. Tərcümənin redaktoru, ötən əsrin 60-cı illərində Bakı Dövlət Universitetində təhsil almış, Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin inkişafına daim əhəmiyyətli töhfələr verən macar mütəxəssisi Maria Keneşidir. Ümumbəşəri dəyərlərin təbliğinə, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına və dünya azərbaycanlılarının macar ədəbiyyatının incilərindən biri ilə yaxından tanış olmasına xidmət edən bu nəşrin tərcümə edilməsi görkəmli türkoloq alim Georq Hazainin böyük arzusu idi. Onun qızı Sesilia Hazainin rəhbərlik etdiyi “Twin Media” şirkəti layihənin həyata keçirilməsində yaxından iştirak edib, “1001 kitab” nəşriyyat evinin tərəfdaşı olub. Kitabın məsləhətçisi Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanovadır.
Sonda macar mütəxəssisi Maria Keneşi mükafatlandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info