Ölkədə benzin istehsalı 17 faiz artıb
Tarix: 17.03.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 401 mln. manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il ölkədə 210,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin 2 ayı ilə müqayisədə 17% çoxdur. Nəticədə bu ilin martın 1-nə 50,4 min ton məhsul ehtiyatı yaranıb.
 
Bu ilin yanvar-fevral ayları ildə Azərbaycanda 316,4 min ton dizel yanacağı istehsal edilib. Bu, 2016-cı ilin 2 ayı ilə müqayisədə 13,6% azdır. Nəticədə bu ilin martın 1-nə 76,6 min ton hazır məhsul ehtiyatı yaranıb.
 
Bu il Azərbaycanda ağ neftin istehsalı 7,3% azalıb. Belə ki, bu ilin 2 ayı ərzində ölkədə 105,2 min ton ağ neft istehsal olunub ki, bu ilin martın 1-nə 27,4 min ton hazır məhsul ehtiyatı yaranıb.
 
Bu ilin iki ayı ərzində ölkədə neft bitumunun istehsalında 46% azalaraq 10,8 min ton təşkil edib. Nəticədə martın 1-nə 10,9 min ton hazır məhsul ehtiyatı yaranıb.
 
Bu il ərzində ölkədə sürtgü yağlarının istehsalı 2016-cı il ilin 2 ayı ilə müqayisədə 3,3 dəfə artıb. Belə ki, 2 ay ərzində 3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin martın 1-nə 6,6 min ton hazır məhsul ehtiyatı yaranıb.
 
Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım qeydə alınıb. Belə ki, bu il ərzində 33,9 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2016-cı ilin 2 ayı ilə müqayisədə 21,9% çoxdur. Nəticədə bu ilin martın 1-nə 1 min ton hazır məhsul ehtiyatı yaranıb.
 
Bu ilin iki ayı ərzində Azərbaycanda 144,9 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin 2 ayı ilə müqayisədə 37% azalma deməkdir. Nəticədə bu ilin martın 1-nə 9,2 min ton hazır məhsul ehtiyatı yaranıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info