Magistratura və rezidenturaya sənəd qəbulu martın 28-də başa çatacaq
Tarix: 17.03.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 12:00-da başa çatacaq. Bunu 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulunun başlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 17-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb.
M.Abbaszadə bildirib ki, bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd qəbulu komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar iki gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak edəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək.
M.Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri və digər məlumatların əks olunduğu “Abituriyent” jurnalının növbəti sayı bayram günlərindən sonra işıq üzü görəcək.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi aprel-may, ikinci mərhələsi isə iyul ayında keçirilməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info