Bakıda demoqrafik vəziyyət və miqrasiyanın əmək bazarına təsiri müzakirə olunub
Tarix: 17.03.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələr keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir müavini Mətin Kərimlinin moderatorluğu ilə keçirilən tədbirdə ölkəmizdə demoqrafik vəziyyət, əhali sakinliyi və bu sahələrdə inkişaf meylləri, miqrasiya prosesləri, əmək bazarının inkişafı kimi məsələlərlə bağlı təqdimatlar edilib, daha sonra təqdim olunmuş məlumatlar əsasında demoqrafik meyllərin, miqrasiya proseslərinin əmək bazarına təsirinə dair müzakirələr aparılıb. Tədbirdə sosial tərəfdaşların ( Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının), aidiyyəti dövlət qurumlarının, habelə ayrı-ayrı elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
 
Bu tədbir Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq keçirilən milli dialoq çərçivəsində təşkil olunub. 2015-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində keçirilmiş 104-cü sessiyasında BƏT-in baş direktoru tərəfindən irəli sürülən “Əməyin gələcəyi” təşəbbüsü əməyin gələcəyi ilə bağlı aktual məsələlərin, o cümlədən dünyada sosial ədalətin təmin olunmasının həlli yollarının qlobal və milli formatlarda müzakirə edilməsi məqsədinə yönəlib. Beynəlxalq səviyyədə əmək və məşğulluq mövzusu üzrə aparılan müzakirələrin istiqamətlərindən biri də qlobal miqyasda baş verən dəyişikliklər, ictimai və iqtisadi həyatda özünü göstərən meyllər, müasir texnologiyaların tətbiqinin genişlənməsi və s. amillərin əmək bazarına təsirləri və bu amillərlə əlaqədar əməyin gələcəyinin necə olacağı ilə bağlıdır.
Panel iclasda nazirliyin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə “Demoqrafik vəziyyət və əmək ehtiyatlarının proqnozu”, Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin sektor müdiri Nailə Verdiyevanın “Ölkədə demoqrafik inkişafın əmək bazarına”, həmin şöbənin sektor müdiri Fuad Cabbarovun “Əmək miqrasiyası proseslərinin əmək bazarına təsiri” mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda verilən məlumatlara uyğun olaraq, əmək bazarının öyrənilməsi, monitorinqi, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, peşə-ixtisas təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğunlaşdırılması, əmək kvotasının tətbiqi və daxili əmək bazarının qorunması mexanizminin təkmilləşdirilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.
 
Sözügedən tədbirin davamı olaraq 27-28 mart tarixlərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri” mövzusunda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Layiqli əməyin təmin olunmasında həmkarlar təskilatlarının rolu” mövzusunda və ADA Universitetində “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu” mövzusunda panel müzakirələrin təşkil olunması nəzərə tutulub. 
 
Qeyd olunan panel müzakirələrin nəticələri martın 29-da sosial tərəfdaşların və BƏT-in rəhbər şəxslərinin, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli plenar iclasda təqdim olunacaq, mövzuya dair yekun müzakirələr aparılacaq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info