Avstraliyada boş əmlak üçün vergi tətbiq edilə bilər
Tarix: 17.03.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Avstraliyanın Viktoriya ştatında boş saxlanılan əmlaka görə vergi tətbiq olunması nəzərdə tutulub.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, ştatın hakimiyyət dairələri investorları altı aydan artıq boş qalan evlər üçün vergi ödəməyə məcbur etmək istəyir. Verginin məbləği əmlakın dəyərinin 1 faizi məbləğində olacaq. Məsələn, 500 min dollar dəyərində əmlak üçün illik vergi məbləği 5 min dollar təşkil edəcək.
Son illərdə Avstraliyada xarici investorlar tərəfindən daşınmaz əmlak almağa güclü maraq oyanıb. Problem isə bundadır ki, böyük şəhərlərdə xarici sərmayəçilərin aldıqları mənzillər və evlər boş saxlanılır. Təkcə Melburn şəhərində boş mənzillərin sayı 20 mindən artıqdır. Ölkə hakimiyyəti ehtiyatlanır ki, gələcəkdə Avstraliya şəhərləri də Londonun gününə düşə bilər. İndi Londonda evlərin qiyməti “ceyran belində” olsa da, şəhərdə yaşayış olmayan kimsəsiz küçələr mövcuddur, həmin küçələrdəki xarici sərmayəçilərə satılmış evlərdə heç kim yaşamır. Bundan isə ilk növbədə alıcılardan və müştərilərdən məhrum olan kiçik və orta biznes zərər görür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info