Rəqəmsal Ticarət Qovşağının yaradılması ilə bağlı müzakirələr aparılıb
Tarix: 17.03.2017 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Rəqəmsal Ticarət Qovşağı ilə bağlı geniş müzakirə aparılıb.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantında əsas müzakirə mövzusu Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, elektron pul kisəsinin yaradılması, qeyri-rezidentlərə elektron imza, o cümlədən "ASAN imza" sertifikatının verilməsi, ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada verilməsi, elektron müraciət əsasında ixrac təşviqinin ödənilməsi və Prezidentin müvafiq Fərmanında nəzərdə tutulan digər məsələlər olub.
Tədbirdə dövlət qurumlarının nümayəndələrinə görüləcək işlərlə bağlı təqdimat edilib, onlara bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda görüləcək işlərlə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Rəqəmsal Ticarət Qovşağına inteqrasiya olunacaq dövlət orqanlarının informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsinin təşkil ediləcəyi bildirilib.
Sonra Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının təmsilçiləri çıxış edərək, ölkə bacısının fərmanından irəli gələn məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün təkliflərini veriblər. Müzakirələr zamanı elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və elektron imza, o cümlədən "ASAN imza" sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması, Azərbaycan Respublikasının BMT-nin "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Görüşlər bundan sonra da işçi qaydada davam etdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il fevralın 23-də "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info