2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib
Tarix: 17.03.2017 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Ötən il ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb. Bu barədə martın 17-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasi-zadə məlumat verib.
Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsinin davam etdirildiyini deyən Baş nazir bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradılıb. Müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib. İlk peşə ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılıb. İl ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb.
Baş nazir qeyd edib ki, səhiyyə sisteminin müasir avadanlıqla təmin edilməsi yaxın keçmişdə aparılması mümkün olmayan bir sıra cərrahiyyə əməliyyatlarının bu gün uğurla həyata keçirilməsini mümkün edib. Ötən il icbari tibbi sığortanın tətbiq edilməsi məqsədilə müvafiq dövlət agentliyi yaradılıb və cari ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələrin icrasına başlanılıb.
Vurğulanıb ki, ötən il Yay Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr, Bakı şərində keçirilən Formula-1 yarışları və Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyada idman ölkəsi imicini daha da möhkəmləndirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info