“Sovetski“nin daha iki küçəsi asfaltlanır
Tarix: 17.03.2017 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələr çərçivəsində Balababa Məcidov və Abdulla Şaiq küçəsinin bir hissəsində artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.
 
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri də inşa edilib.

Sözügedən küçəyə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtük döşənir. Artıq bu işlər yekunlaşmaq üzrədir. Belə ki, örtüyün 5 sm qalınlığında olan son aşınma qatı döşənir. Bundan başqa layihə çərçivəsində yeni kommunikasiya xətləri və yağış suları üçün 1300 p/m drenaj xətti qurulub, işıqlandırma dirəkləri quraşdırılıb, səkilərə tamet daşlar düzülüb.
 
Tikinti işlərinin aparıldığı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndirilib.
 
Burada da asfaltlanma işlərinə başlanılıb. Artıq küçənin 700 metrlik Əbilov və Füzuli küçələri arasında yerləşən hissəsinə asfalt-beton örtüyünün ilk layı vurulub. Hazırda sözügedən ərazidə piyada səkilərinin tikintisi və səki daşlarının düzülməsi işləri aparılır.
 
Layihə çərçivəsində digər küçələrdə isə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi və bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri aparılır.
 
Qeyd edək ki, prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
 
Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.
 
Sözügedən ərazilərdə "Azəravtoyol" ASC tərəfindən ümumi uzunluğu 7,6 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscidi ətrafındakı yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.   
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşları artırıldı
18.06.2019
Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
18.06.2019
Ramil Usubov onu rəis təyin etdi
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
18.06.2019
Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info