MDB-də ümumi əmək bazarının formalaşdırılması konsepsiyası hazırlanır
Tarix: 17.03.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında MDB ölkələri İqtisadi Şurasının 73-cü iclası keçirilib. İclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İclas iştirakçıları MDB ölkələrinin innovasiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Proqram (2020-ci ilədək) ilə bağlı məsələləri, o cümlədən bu proqramın 2017-2020-ci illərdə icrasına dair Kompleks tədbirlər layihəsini nəzərdən keçiriblər.
Bundan başqa, MDB ölkələrində ümumi əmək bazarının mərhələlərlə formalaşdırılması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi Konsepsiyasının layihəsi də ətraflı müzakirə olunub. İqtisadi Şuranın üzvləri MDB-də toxumçuluq məsələlərinə dair Hökumətlərarası Əlaqələndirmə Şurasının fəaliyyəti, Birlik ərazisində beynəlxalq avtomobil yollarına dair Protokolun icrasının gedişi ilə tanış olublar. İclasda bir sıra büdcə-maliyyə məsələləri nəzərdən keçirilib.
MDB İqtisadi Şurasının növbəti iclasının bu il iyunun 16-da Moskvada keçirilməsi qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info