“Neuron Technologies” BANM-də təlimə başladı
Tarix: 17.03.2017 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan “Neuron Technologies” şirkəti tərəfindən reallaşdırılan Tədris Elektron idarə olunması platforması yaradılıb. BANM-də bu mühüm tədris elektron məlumat və idarəetmə sisteminin təqdimatı keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Neuron Technologies” şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov və Ali Məktəbin professor-müəllim heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov İT-texnologiyaların hazırda müasir dövrdə zərurətindən söhbət açdı və həmin texnologiyaların inkişaf etdikcə cəmiyyətin buna uyğun fəaliyyət göstərməsini xüsusi ilə vurğulayıb. “Bu sistemin ali məktəbin fəaliyyətini və işlərini daha da sürətli və təsirli edəcəyinə əminəm. Məktəbimiz inkişaf edən texnologiyalara çevik şəkildə uyğunlaşaraq fəaliyyət göstərir və tədris prosesində bu texnologiyaları tətbiq etməyə çalışır”,- E.Qasımov dedi. Rektor bildirib ki, elektron məlumat və idarəetmə sisteminin tətbiqi BANM-də dünyanın mütərəqqi informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə veriləcək. “Neuron Technologies” şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov öz çıxışında qeyd edib ki, onun rəhbərliyi olan şirkət BANM-in tərəfindən keçirilən tenderində qalib olub. “Mən çox şadam ki, bizim şirkətimiz ölkənin ən nüfuzlu və güclü ali təhsil ocaqları ilə əməkdaşliq edir”, - İ.Ələkbərov söyləyib. İ.Ələkbərov tədbir iştirakçılarına “Neuron Technologies” şirkənin fəaliyyətindən qısa məlumat verib və bildirib ki, layihə çərçivəsində BANM-də tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarə edilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resursların idarə edilməsi, təqaüd hesablanması, yataqxana elektron idarəetmə və digər sistemlərin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, “Neuron Technologies” - Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərdən biridir. Şirkət proqram təminatının işlənib hazırlanması, sistem inteqrasiyaların tətbiqi, informasiya-kommunukasiya texnologiyaları infrastrukturun qurulması üzrə ixtisaslaşıb və son illər ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə elektron idarəetmə sistemlərin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. “Neuron Technologies” şirkəti tərəfindən ölkəmizin bir sıra nüfuzlu ali təhsil müəssisələrində analoji sistemlər artiq tətbiq olunub. Hazırda şirkətin hazırladığı intellektual məhsulların xarici ölkələrdə ixracı istiqamətində işlər davam etdirilir.


Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info