Bakı Atatürk Liseyində Novruz şənliyi keçirilib
Tarix: 17.03.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Martın 17-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib. Bayram tədbirinə ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu Turan Yazqanın, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib. Tədbirdə çıxış edən liseyin müdiri Hüseyn Demirel öncə Novruz bayramı münasibətilə hər kəsi təbrik edib. Çıxışında Novruz bayramının tarixindən, bu bayramın qədim türklərin həyatında xüsusi bir yerinin olmasından danışıb. Natiq təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun türk dünyasının hər yerində qeyd olunduğunu, lakin Azərbaycanda xüsusi coşqu ilə keçirildiyini bildirib. Natiq Novruz bayramının beynəlxalq birlik tərəfindən də tanındığını, 2010-cu ildə BMT-nin Baş Məclisi tərəfindən mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu deyib. Sonra liseyin şagirdlərinin hazırladıqları kompozisiyalar təqdim olunub. Milli geyimdə olan şagirdlərin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda, Novruzun personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Şənliyin gedişi zamanı eyni zamanda, ayrı-ayrı siniflərin şagirdlərinin Novruz bayramına həsr etdikləri bayram xonçalarına baxış keçirilib və ən yaxşı 3 xonçanın qalibi müəyyən edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info