Mətbuat Şurası ilə Türkiyənin media qurumları arasında memorandum imzalanıb
Tarix: 17.03.2017 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Martın 17-də Azərbaycan Mətbuat Şurasında (MŞ) ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a verilən məlumata görə, Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətləri qədim tarixi köklərə malikdir. Hər iki ölkənin mediası bu münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir.
İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı iclasların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov vurğulayıb ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir. Biz, eyni zamanda, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Şura sədri əlavə edib ki, Azərbaycan Mətbuat Şurası ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bu görüşün reallaşmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaq.
Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Türkiyə və Azərbaycan arasındakı çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir. Bu baxımdan o, türkiyəli jurnalistlərin Azərbaycana səfərinin məhsuldar olacağına inandığını qeyd edib.
Antalya Jurnalistlər Cəmiyyəti və Aralıq Dənizi Jurnalistlər Federasiyasının sədri, Türkiyə Jurnalistlər Konfederasiyasının baş direktorunun sədr müavini Mövlud Yeni çıxışında bildirib ki, ümumən türk cəmiyyətinə qarşı beynəlxalq miqyasda ayrı-seçkilik siyasəti hökm sürür. Media bu kimi xoşagəlməz fəaliyyətə qarşı əsaslı alternativ ortaya qoymalıdır. Bu baxımdan Azərbaycanın və Türkiyənin media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir. Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın da belə bir vacib vəzifənin icrasına köklənəcəyindən əminliyini ifadə edən türkiyəli qonaq ölkəmizə səfərindən məmnunluğunu bildirib.
Görüşdə Azərbaycan Mətbuat Şurası ilə türkiyəli media nümayəndələri arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Əflatun Amaşov, Türkiyə tərəfdən isə Mövlud Yeni, Burdur Jurnalistlər Cəmiyyətinin sədri Kürşad Tuncel, Yenigün-Aralıq Dənizi Jurnalistlər Federasiyasının baş direktorunun müavini, Aralıq Dənizi Qəzet Sahibləri Dərnəyinin sədri Əhməd Duran Yenigün, Aralıq Dənizi Jurnalistlər Federasiyası İdarə Heyətinin üzvü Əli Buldu, Antalya Jurnalistlər Cəmiyyəti sədrinin müavini İdris Daş, Aralıq Dənizi Jurnalistlər Federasiyasının baş direktorunun müavini, Osmaniye Jurnalistlər Cəmiyyətinin sədri Əli Cahangir, Antalya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mustafa Taş imzalayıblar.
Tərəflər memorandumu imzalamaqla təmsil olunduqları media qurumlarının fəaliyyət dairəsi və imkanları çərçivəsində dünyada, eləcə də regionda söz, ifadə azadlığı müstəvisində meydana çıxan tendensiyaları izləməyi, bu xüsusda nəzərəçarpan neqativ meyillərə qarşı birgə və ayrılıqda reaksiya verməyi, Azərbaycanın, Türkiyənin ortaq dəyərlərinin, həqiqətlərinin təbliği istiqamətində iş aparmağı, türk dünyasındakı media qurumlarının bir-biri ilə daha sıx şəkildə əlaqələr qurmasına, hər iki ölkə jurnalistlərinin iştirak edəcəkləri birgə simpoziumların, konfransların, “dəyirmi masa”ların təşkilinə dəstək göstərməyi, qarşılıqlı informasiya mübadiləsi prosesini daha da gücləndirməyi üzərilərinə götürüblər.
Görüşdə çıxış edən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Azərbaycanın və Türkiyənin media təmsilçilərinin, xüsusən də söz, ifadə azadlığı, insan hüquqları mövzusunda beynəlxalq miqyasda nüfuza malik təşkilatların təşkil etdikləri iclaslarda daha aktiv olmaları vacibdir. Çünki çox zaman məhz həmin təşkilatların xətti ilə yanlış ictimai rəy formalaşır. Bunun qarşısını almaq üçün birgə müzakirələrin təşkili olduqca önəmlidir.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deyib ki, böyük coğrafi ərazini əhatə edən türk dünyası xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyası strateji əhəmiyyət daşıyan məsələdir. Bu prosesdə Azərbaycan və Türkiyənin rolu yüksəkdirsə, bu ölkələrin media orqanlarının fəaliyyəti daha zəruridir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info