“Avroliqanın qalibi olmaq istəyirik“
Tarix: 17.03.2017 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


"Hesabda 2:0 önə keçdik. Ardınca asan qol buraxdıq. Birinci hissənin sonuna yaxın 10 nəfərlə qaldıq. Bununla da çətin vəziyyətə düşdük. Buna baxmayaraq, ikinci hissədə yaxşı oynadıq". Bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/8 finalında "Olimpiakos"a 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra deyib. "Azarkeşlərin bizə möhtəşəm dəstəyi var idi. Türkiyə üçün, "Beşiktaş" üçün oynadıq. Qələbə qazanaraq həm 1/4 finala yüksəldik, həm də ölkəmizə xal qazandırdıq. Oyunçularıma, azarkeşlər təşəkkür edirəm". O, Avroliqanın qalibi olmaq istədiklərini bildirib: "Addım-addım irəliləyirik. Bundan sonrakı turda ən yaxşı oyunumuzu nümayiş etdirəcəyimizi düşünürəm. Nəticənin necə olacağını bilmirəm. Rəqibin kim olacağı da önəmli deyil. Ən güclü rəqib də olsa, yaxşı oymayıb növbəti mərhələyə yüksəlməliyik. Düzdür, əsas hədəfimiz ölkə çempionu olmaqdır. Ancaq Avroliqanın qalib olsaq, ölkə çempionu olmasaq da, olar". Ş.Günəş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın matçdan sonra onu və futbolçuları təbrik etdiyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info