“Qarabağ“da istədiyim qədər qol vura bilmirəm“
Tarix: 17.03.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Yığmanın futbolçusu olmaq qürurvericidir. Milli komandadan dəvət almayanda çox məyus oluram". Bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu "africanfootball.com"a açıqlamasında deyib. Son vaxtlar milliyə dəvət almayan cənubi afrikalı hücumçu yenidən yığmaya çağırılacağına ümid etdiyini bildirib: "Ötən mövsüm klubda çoxlu qol vursam da, mənə millidən dəvət gəlmədi. Digər futbolçulara verilən şansı mənə vermədilər. Ancaq bu artıq keçmişdə qalıb. İndi mən gözləyirəm. Millinin yeni baş məşqçisinin kim olacağı mənə çox maraqlıdır. Yeni çalışdırıcı mənə etimad göstərsə, yığmada oynamağa hazıram. Çünki millinin formasını geyinmək mənim üçün həmişə şərəfdir”. 27 yaşlı futbolçu hələlik "Qarabağ"da tam potensialını ortaya qoya bilmədiyini qeyd edib: “Təəssüf ki, mövsümün əvvəlindən “Qarabağ”da olmadım. Buna görə istədiyim qədər qol vura bilmirəm. Komandamın yay təlim-məşq toplanışında iştirak etməmişəm. Bu da tam olaraq bacarığımı göstərməyə mane oldu. Düzdür, ötən turda qol vurdum. Buna görə şadam. Ümid edirəm ki, komandama uğurlu nətilər qazanmaqda kömək edəcəm”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info