Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub
Tarix: 17.03.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası" təsis olunub. Bununla bağlı "Qablaşdırma sahəsində yeni imkanlar və perspektivlər" mövzusunda keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının, əlverişli biznes mühitinin yaradılmasının uğurlu iqtisadi siyasətin prioritet istiqamət olduğunu deyib. Qeyd edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək. Prezidentin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda tara və qablaşdırma istehsalının ölkədə təşkili və bu sahədə idxaldan asılılığın aradan qaldırılması ilə bağlı tapşırığına uyğun olaraq, qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək və onların qarşılaşdıqları problemlərin həlli məqsədilə yaradılacaq assosiasiyanın fəaliyyəti də sahibkarlığın inkişafı, qablaşdırma istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının yeni yaradılacaq assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini deyən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov sahibkarları daha müasir texnologiyalardan istifadə etməyə çağırıb. Qeyd edib ki, iqtisadiyyatın dinamik inkişafı sahibkarlara zamanla ayaqlaşmağı tələb edir. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov beynəlxalq təcrübədə geniş yayılmış bu cür assosiasiyaların fəaliyyəti və onların sahibkarlığın inkişafında rolu barədə məlumat verib. Sonra tədbir iştirakçılarının təklifi əsasında "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası"nın təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiqlənib, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Kartonpak" MMC-nin rəhbəri Kamran Hacızadə assosiasiyanın idarə heyətinin sədri seçilib. K.Hacızadə assosiasiyanın fəaliyyətinin qablaşdırma məhsullarının istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar arasında assosiativ əlaqələrin qurulması, onların qarşılaşdıqları problemlərin birgə həlli, eləcə də ixrac imkanlarının genişləndirilməsi baxımından səmərəli olacağını diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info