İxrac üçün tələb olunan icazələr elektron qaydada veriləcək
Tarix: 17.03.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Rəqəmsal Ticarət Qovşağı ilə bağlı geniş müzakirə aparılıb. İİTKM-nin mətbuat xidmətindən bildiriblər ki, toplantında əsas müzakirə mövzusu Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, elektron pul kisəsinin yaradılması, qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi, ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada verilməsi, elektron müraciət əsasında ixrac təşviqinin ödənilməsi və Prezidentin müvafiq fərmanında nəzərdə tutulan digər məsələlər olub. Tədbirdə dövlət qurumlarının nümayəndələrinə görüləcək işlərlə bağlı təqdimat edilib, onlara bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda görüləcək işlərlə bağlı ətraflı məlumat verilib. Azərbaycan Rəqəmsal Ticarət Qovşağına inteqrasiya olunacaq dövlət orqanlarının informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsinin təşkil ediləcəyi bildirilib. Sonra Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının təmsilçiləri çıxış edərək, ölkə başçısının fərmanından irəli gələn məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün təkliflərini veriblər. Müzakirələr zamanı elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və elektron imza, o cümlədən “ASAN imza” sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması, Azərbaycan Respublikasının BMT-nin “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görüşlər bundan sonra da işçi qaydada davam etdiriləcək. Qeyd edək ki, Prezident “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info