ABŞ Şimali Koreyaya hərbi müdaxilə edə bilər
Tarix: 17.03.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Tillerson: “Şimali Koreynın qonşu ölkələrə, o cümlədən Cənubi Koreya və ABŞ əsgərlərinə qarşı təhdidlərini davam edərsə, cavab tədbirləri görmək məcburiyyətində qalacağıq”

“Amerika Birləşmiş Ştatlarının Şimalı Koreyaya qarşı “strateji səbri” artıq dolub”. Bu fikirləri ABŞ-ın dövlət katibi Reks Tillerson Seulda Cənubi Koreyanın xarici işlər naziri ilə danışıqları zamanı bildirib. Onun bu açıqlamaları dünyanın əsas media orqanları tərəfindən təcili xəbər kimi yayılıb. Bir çox TV-lər proqramlarını yarımçıq dayandıraraq Tillersonun acıqlamalarını canlı yayımlayıb. Tillerson Şimalı Koreyaya qarşı hərbi müdaxilə də daxil olmaqla bütün mümkün tədbirləri nəzərdən keçirdiklərini bildirib: “Şimali Koreya anlamalıdır ki, gələcək təhlükəsizlik və iqtisadi rifah üçün kütləvi qırğın silahlarından, o cümlədən nüvə və ballistik raketlərdən imtina etməlidir”. Amerikalı dövlət katibi Pxenyanın Cənubi Koreya və bu ölkə ərazisində olan ABŞ əsgərlərinə qarşı təhdidlərinə rəğmən Şimali Koreyaya hərbi əməliyyatların keçiriləcəyini istisna etməyib. Seulda keçirilən ikitərəfli danışıqların əsas mövzularından biri Şimali Koreyanın nüvə və raket təhdidləri ilə bağlı olub. Bu yaxınlarda Pxenyan dörd ballistik raketi sınaqdan keçirib. Onlardan üçünün Yapon dənizindəki xüsusi iqtisadi zonaya düşməsi xüsusi təhlükə kimi qeyd edilib. Reks Tillerson “Renxap” agentliyinə verdiyi açıqlamada bildirib ki, məsələnin hərbi münaqişə həddinə gəlib çıxmasını istəmirlər: “Şimali Koreynın qonşu ölkələrə, o cümlədən Cənubi Koreyayavə ABŞ əsgərlərinə qarşı təhdidlərini davam edərsə, təbii ki, biz cavab tədbirləri görmək məcburiyyətində qalacağıq”. ABŞ-ın BMT- dəki daimi nümayəndəsi Hikki Heyli bildirib ki, ölkəsi Şimali Koreyanın nüvə məsələsi ilə bağlı altıtərəfli danışıqlara qayıtmaq istəmir. Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsini rəhbəri Viktor Ozerov “RİA Novosti” yə verdiyi açıqlamada bildirib ki, bu problemin həllində əsas yük Rusiya və Çinin çiyinlərinə düşür: “ABŞ-ın belə bir mövqeyi müəyyən mənada təəssüf hissi döğurur. Mən əminliklə deyə bilərəm ki, Şimali Koreya probleminin həllində əsas rol Rusiya ilə Çinin üzərinə düşəcək. Əlbəttə, bu, çətin məsələdir, lakin biz onun həyata keçirilməsindən imtina etməyəcəyik”. Komitə sədri qeyd edib ki, altıtərəfli danışıqlardan imtina edən ABŞ-ın bu mexanizmə alternativi yoxdur: “Bu, sırf ABŞ dövlətinin stilidir. Başqa dövlətlərdəki problemlərin həllinə müdaxilə zaman ilk anlar fəallıq göstərən Vaşinqton, sonradan həmin ölkəni talenin ümidinə buraxır. Biz bunu İraqın, Liviyanın və keçmiş Yuqoslaviyanın timsalında görmüşük”. Ozerov hesab edir ABŞ həmin ərazilərə raketdən müdafiə sistemi yerləşdirməki və keçirdiyi təlimlərlə Pxenyanı münaqişəyə cəlb etmək niyyətindədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info