Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 10-dək davam edəcək
Tarix: 18.03.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu martın 16-dan başlayıb və aprelin 10-dək davam edəcək. Bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil.
Çünki hələ, hansı qrupa neçə nəfər abituriyentin sənəd verdiyi bilinmir. Sənəd qəbulu başa çatdıqdan sonra dəqiq günlər müəyyənləşəcək. M.Abbaszadə qeyd edib ki, I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələsində iştirak etmək istəməyənlər II mərhələsində iştirak edəcəklər. Hər iki imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər.

Magistratura və rezidenturaya sənəd qəbulu martın 28-də başa çatacaq
Məleykə Abbaszadə bildirib ki, magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 12:00-da başa çatacaq. Onun sözlərinə görə, əvvəlcədən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı idi. Aparılan müəyyən analizlər nəticəsində məlum olub ki, magistratura üzrə 2111, rezidenturada isə 900 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bu gecə isə hökumət ödəniş portalında müəyyən problemlər olub. Bütün bunları nəzərə alaraq sənəd qəbulunun vaxtı martın 28-dək uzadılıb.
M.Abbaszadə bildirib ki, bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür. Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd qəbulu komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra komissiyalar iki gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak edəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək.
M.Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri və digər məlumatların əks olunduğu “Abituriyent” jurnalının növbəti sayı bayram günlərindən sonra işıq üzü görəcək.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi aprel-may, ikinci mərhələsi isə iyul ayında keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi İctimai Şura yaradır
Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, bu prosesin şəffaflığının təmini məqsədilə İctimai Şura yaradır.
M.Abbaszadə diqqətə çatdırıb ki, İctimai Şura DİM Direktorlar Şurası tərəfindən formalaşdırılacaq. Proseslərə cəlb olunmazdan əvvəl şura üzvlərinə təlimlər keçiriləcək, onlara hüquq və vəzifələri izah ediləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info