“Qlobal iqtisadiyyat üçün çətin olan dövrü uğurla başa vurmuşuq“
Tarix: 18.03.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Bu ilin ilk aylarının yekunlarına dair statistik göstəricilər 2016-cı ili - qlobal iqtisadiyyat üçün çətin olan bir dövrü uğurla başa vuran ölkəmizin cari ildə artıq yeni inkişaf hədəflərinə doğru irəliləməkdə olduğunu göstərir. Ötən il makroiqtisadi sabitliyin təmin edildiyi ölkəmizdə artıq cari ilin yanvar-fevral aylarında iqtisadi artım qeydə alınıb - ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4%, o cümlədən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% çoxalıb. Ən başlıcası, iqtisadiyyatın qeyri-neft sektorunun hesabına inkişafı yönündə növbəti irəliləyişlər əldə olunub".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Novruz bayramı münasibəti ilə nazirlikdə təşkil olunan bayram toplantısında bildirib. Nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi işləri uğurla davam etdirilib: “Bu sahədə mühüm tədbirlərdən biri də Prezidentin sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmaları üçün aktivlərlə təminatına başlanması olub. Ötən ayın ortalarından bəri, yəni təqribən bir ay ərzində artıq 16 rayon üzrə 200 nəfərdən çox işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaları mal və materiallar təqdim olunub. Hazırda bu işlər davam etdirilir və özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunanların sayı bu ayın sonunadək artıq 25 rayon üzrə təqribən 400 nəfərə çatacaq. Yaxın aylar ərzində isə proqramın yekunu olaraq 1500 nəfərin aktivlərlə təminatının tam yekunlaşacağı nəzərdə tutulur”. S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamları ilə bu ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyaçıların 94 faizinin (1 milyon 240 min nəfərin) pensiyasında artımlar edilib. Minimum əmək haqqının 116 manata çatdırılması ilə 146 min nəfər işləyən şəxsin əmək haqqı artırılıb, bununla sosial sığorta daxilolmalarının da təqribən 10 milyon manatdan çox artmasına imkan yaranıb: “Görülən işlər nəticəsində cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 24,4 min nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunub”. S.Müslümov vurğulayıb ki, ümumilikdə cari il ərzində sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsi diqqətdə saxlanacaq, onların sosial müdafiəsinin gücləndirilməsi, habelə səmərəli məşğulluğun təmin olunması istiqamətində tədbirlər davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info