Nazirlər Kabinetinin fəaliyyəti barədə illik hesabat
Tarix: 18.03.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Martın 17-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb

Parlamentin sədri qeyd edib ki, Konstitusiyaya uyğun olaraq hər il yaz sessiyasının beşinci iclasında hökumət fəaliyyəti barədə Milli Məclis qarşısında hesabat verir. “Bizə təqdim olunmuş hesabatdan da göründüyü kimi, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dünya iqtisadiyyatında cərəyan edən proseslərin iqtisadiyyatımıza mənfi təsirlərini azaltmağa imkan verib”. Sədr bildirib ki, hesabat ilində informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir. Ölkəmiz dörd göstərici üzrə dünya dövlətləri arasında ilk qırxlığa daxil olub. Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. İl ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsində 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib. Oqtay Əsədov qeyd edib ki, hökumətin hesabatının Milli Məclisdə dinlənilməsi sosial-iqtisadi məsələlərin obyektiv araşdırılmasına imkan yaradır. Ötən il deputatların irəli sürdükləri təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb.

2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib

Sonra Baş nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin hesabatını təqdim edib. Baş nazir bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin referendumda qəbul edilməsi dövlətimizin başçısının daxili və xarici siyasətinin xalqımız tərəfindən dəstəklənməsini bir daha sübut etdi.
Xalq-iqtidar birliyinin son 13 ildə iqtisadi əsaslarını əks etdirən faktları və rəqəmləri diqqətə çatdıran Baş nazir deyib ki, bu müddətdə ölkədə istehsal edilən ümumi daxili məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sektoru sahəsinə yönəldilən sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənib. 1 milyon 677 min yeni iş yeri yaradılıb. Üç min məktəb, 600 xəstəxana, 400-dən çox turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib.
Artur Rasi-zadə bildirib ki, 2016-cı ildə ölkənin maliyyə-bank sektorunda müşahidə olunan çətinliklərlə bağlı bu ili mürəkkəb il kimi xarakterizə etmək olar. Vəziyyəti nəzərə alan Prezident İlham Əliyev maliyyə sektorunda idarəçiliyin təkmilləşdirilməsi və iqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasını və Maliyyə Sabitliyi Şurasını yaratdı. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanılıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə gətirib çıxarıb və 2016-cı ili ümumilikdə müsbət nəticələrlə yekunlaşdırmağa imkan verib.
Baş nazir Artur Rasi-zadə 2016-cı ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsalın 5 faiz artdığını bildirərək deyib: “Qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyası əsas götürülüb. Artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı da fəaliyyət göstərir. Ötən il 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb”.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunan Baş nazir bildirib ki, bu işlər nəticəsində mövcud istehsal 2,6 faiz artıb. Əsas kapitala yönəldilən 15 milyard manatdan çox vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb.
Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsinin davam etdirildiyini deyən Baş nazir bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradılıb. Müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib. İlk peşə ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılıb. İl ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb.
Baş nazir qeyd edib ki, səhiyyə sisteminin müasir avadanlıqlarla təmin edilməsi yaxın keçmişdə aparılması mümkün olmayan bir sıra cərrahiyyə əməliyyatlarının bu gün uğurla həyata keçirilməsini mümkün edib. Ötən il icbari tibbi sığortanın tətbiq edilməsi məqsədilə müvafiq dövlət agentliyi yaradılıb və cari ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələrin icrasına başlanılıb.
Ötən il Yay Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr, Bakı şəhərində keçirilən Formula-1 yarışları və Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyada idman ölkəsi imicini daha da möhkəmləndirib.
Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Qeyd edilib ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. İqtisadi çətinliklərə baxmayaraq hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın sosial, iqtisadi inkişafına öz dəyərli töhfəsini verib. Hesabatda deputatlar tərəfindən irəli sürülən təkliflərə həssaslıqla yanaşılıb. Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info