Avropanın gələcəyi necə olacaq?
Tarix: 18.03.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Aleksandr Kvasnievski:
“Demoqrafiyanın Avropa İttifaqı üçün daha böyük fəsadları olacaq”

Yves Leterme:
“Avropada gənclərin seçkilərdə iştirakı zəifdir”

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumunun növbəti iclasında “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb. Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç çıxış edərək Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırıb.
Avropa İttifaqının gələcəyi ilə əlaqədar nikbin düşüncələrinin olduğunu söyləyən Mladen İvaniç təhlükəsizlik baxımından Avropa ölkələrinin bir yerdə qalmasının əhəmiyyətinə toxunaraq deyib: “Miqrantların Avropa İttifaqı ölkələrinə daxil olması probleminə baxmayaraq, bu qurum daha sabit ola bilər. Avropa İttifaqı uğurlu model kimi fəaliyyət göstərir. Digər problemləri həll etmək mümkündür. Niderlandda keçirilən seçkilərin nəticəsi də müsbət danışmağa əsas verir”. Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının quruma çox güclü təsiri olmayacağını deyən Mladen İvaniç keçid dövrünün uğurla başa çatacağını bildirdi. Sonra çıxış edən Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski demoqrafiyanın Avropa İttifaqı üçün daha böyük fəsadlarının olduğunu vurğulayıb. O bildirib ki, miqrasiya məsələsi qaçqın məsələsi deyil, bu, eyni zamanda Avropa İttifaqının gələcəyi deməkdir: “Mümkün qədər necə assimilyasiya etməliyik. Afrikadan, Asiyadan miqrasiya, böhranlar azad, sərbəst ticarətin əsasını darmadağın edir. Biz böhranların səviyyəsini lazımi şəkildə düzgün ölçməmişik. Siyasət isə keçid dövrünü yaşayır, birqütblülük dövrü başa çatıb. Yeni sistem isə hələ yaradılmayıb. Belə bir xaotik vəziyyətdə Avropa inteqrasiyası qorunmalıdır. Liderlik problemi, qərarvermə sistemi, əslində, əsas çətinliklərdən biridir. Texnoloji dəyişikliklər prosesinin qarşısını almaq mümkün deyil”. Gənclərin seçkilərdə zəif iştirakından danışan Belçika Krallığının sabiq Baş naziri Yves Leterme onların bu işə marağının artırılmasının əhəmiyyətini vurğulayıb. Rəqabətin olmamasının siyasi arenada daha çox vədlərin verilməsinə gətirib çıxardığını söyləyən sabiq Baş nazir sosial, iqtisadi proqramların seçkilərə mənfi təsir göstərdiyini qeyd edərək deyib: “Bildiyimiz kimi, informasiya kommunikasiya texnologiyalarının rolu çox vacibdir. Gənclər veb-insanlardır. Lakin bu prosesdən kənarda qalanlar da var. İctimai fikir yeni debatlar vasitəsilə öyrənilməlidir. Bunun üçün referendum keçirilməlidir. Bütün rəylər göstərir ki, insanların siyasi təmsilçiliklə bağlı problemləri var. Vətəndaşlarımız vahid valyutadan - avrodan istifadə edirlər, Avropa İttifaqında sərbəst hərəkət edə bilirlər. Populizmin Avropa inteqrasiyasına qalib gəlmək şansı yoxdur”.
İnsanların bütün çətinliklərə və problemlərə baxmayaraq Avropa İttifaqını dəstəklədiklərini deyən Sloveniyanın sabiq Prezidenti Danilo Türk Balkan ölkələrinin də bu quruma doğru irəlilədiklərini bildirib. Şərq Tərəfdaşlığı ilə bağlı prinsiplərə yenidən baxılmasının vacibliyinə toxunan sabiq Prezident söyləyib ki, Avropa İttifaqı mərkəzdir. Gücləndirilmiş əməkdaşlıqdan istifadə etmək üçün bu mərkəzdə toplaşmaq lazımdır. İqtisadi və maliyyə böhranından danışan Niderland Krallığının sabiq Baş naziri Vim Kok Afrikadan Avropaya növbəti on il ərzində qaçqınların gəlməsi prosesinin davam edəcəyini söyləyib. Gənclərə daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers geosiyasətdə tektonik dəyişikliklərin baş verdiyini bildirib. Demokratiyanın yavaş-yavaş getdiyini söyləyən Valdis Zatlers populist fikirlərin beyinlərimizdə üstünlük təşkil edə biləcəyini dilə gətirib. Çexiyanın sabiq Baş naziri Jan Fişer Birləşmiş Krallığın çox vacib Avropa layihəsini tərk etdiyini vurğulayıb. O deyib ki, populizmin çox ciddi ziyanı ola bilər. Demokratiya sadələşdirilməli, eyni zamanda idarə, davranış üslubu tətbiq olunmalıdır. İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini “Çox sürətli Avropa” modelinin hər bir dövlət üçün şərait yaratdığını bildirdi. Xarici siyasətdə qətiyyət göstərilməsinin vacibliyinə toxunan Franko Frattini deyib ki, daxili bazarlar gücləndirilməli, əməkdaşlıq təmin olunmalıdır: “Biz siyasi inteqrasiyaya doğru gedirik. Suriyadan gələn yol kifayət qədər çox sabitdir. Amma biz hər həftə Siciliya adasından 3-4 min miqrant qəbul edirik. İtaliya, Malta və Yunanıstan artıq bu problemi həll edə bilməyəcək. Biz on minlərlə miqrantı yerləşdirə bilirik. Səmimi desək, yük bölüşmə prinsipinə əməl olunmasa fərdi addımların atılması kifayət etməyəcək. Biz miqrasiyanı Avropa səviyyəsində idarə etməliyik”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info