Beynəlxalq münasibətlərdə Çinin rolu
Tarix: 18.03.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Boris Tadiç: “V Qlobal Bakı Forumunda belə bir aktual mövzunun müzakirəsi tədbirin beynəlxalq xarakter daşıdığını təsdiq edir”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə - ilk iclas “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusuna həsr olunub. İclasın moderatoru Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib.
O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb. İclasda çıxış edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç böyük siyasi və iqtisadi güc olan Çinin yenidən qlobal arenaya qayıtdığını diqqətə çatdırıb. Bildirib ki, iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlarının sayını artıran Çin bu istiqamətdə “60+1” platformasını uğurla genişləndirir. Çin bu strategiya çərçivəsində Serbiya ilə də tərəfdaşlığa dair saziş imzalayıb. Məhz buna görə də Çinin dünyada iqtisadi çəkisi get-gedə artmaqdadır. Çinin dünya siyasətində də fəal çıxış etdiyini vurğulayan Boris Tadiç bildirib ki, bu sahədə ABŞ ilə Çin arasında müəyyən ziddiyyətlər mövcuddur. Lakin öz maraqlarını fəal müdafiə edən Çin çoxtərəfli institutların qurulmasına çalışır. Çin mühafizəkar ölkə olduğuna görə hazırkı dünya nizamı onu qane edir. Lakin bu, o demək deyil ki, Çin hər hansı təhdidə cavabsız qalacaq. Əgər bu ölkə üçün hansısa ciddi maneə yaranarsa, Çin buna sərt reaksiya verəcək. Sabiq Prezident bildirib ki, V Qlobal Bakı Forumunda belə bir aktual mövzunun müzakirəsi tədbirin beynəlxalq xarakter daşıdığını təsdiq edir. Pakistanın sabiq Baş naziri Şaukat Aziz beynəlxalq aləmdə Çinin iqtisadi və siyasi nüfuzunun artdığını vurğulayaraq bildirib ki, bu təsir ilk növbədə, Çinin yerləşdiyi regionda daha çox hiss olunur. Çin öz milli maraqları əsasında siyasət yürüdərək ölkənin inkişafına, əhalinin rifah səviyyəsinin artmasına çalışır. Çinin maraq dairəsində dünyaya hegemonluq iddiası dayanmır. Məhz buna görə də Çin son illərdə sürətli inkişafına görə dünyada bütün ölkələri qabaqlayır. Şaukat Aziz ölkələrin yalnız dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə inkişaf edə biləcəyini diqqətə çatdırıb. Bildirib ki, Çin beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində qlobal miqyasda yeni təşəbbüs və ideyalarla çıxış etməklə bu prosesdə fəal davrandığını ortaya qoyur. İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi vurğulayıb ki, qlobal iqtisadi və siyasi proseslər qarşımızda bir çox problemlər müəyyənləşdirir. Belə bir şəraitdə Çinin davranışı və atacağı addımlar dünya siyasəti üçün çox böyük əhəmiyyət daşıyır. Son müşahidələr göstərir ki, Çin mövcud qaydalara uyğunlaşmağa çalışır. Çin ABŞ Prezidenti Donald Trampın ölkəsinin bir çox saziş və konvensiyalardan çıxması ilə əlaqədar bəyanatını olduqca təmkinlə qarşıladı. Çin azad ticarəti və əməkdaşlığı təşviq etməklə dünyada mövcud balansı öz xeyrinə dəyişməklə qlobal inteqrasiyaya çalışır. Pekindəki Tsingua Universitetinin Sçvarzman Kollecinin dekanı David Qinqconq Pan bildirib ki, Çin kənardan nə qədər güclü görünsə də, ölkənin daxilində bəzi çətinliklər hələ də var. Çində hələ də 800 milyon nəfər yoxsulluq şəraitində yaşayır. Onların illik gəliri 800 dollar təşkil edir. Bu, olduqca aşağı göstəricidir. Son 25 ildə Çinin sürətlə və dayanıqlı şəkildə inkişaf etdiyini vurğulayan David Qinqconq Pan bildirib ki, bunu nəinki ölkəyə gələn qonaqlar, hətta Çində yaşayan hər bir insan aydın hiss edir. Çin daxili problemlərinin həllinə nə qədər diqqət ayırsa da, beynəlxalq əməkdaşlığa da xüsusi fikir verir. Çinin üç il əvvəl irəli sürdüyü və regional iqtisadi münasibətlər modeli olan “Bir yol-Bir kəmər” təşəbbüsü bunun əyani göstəricisidir. Çinin sürətli inkişafının əsasında ölkənin yürütdüyü açıq qapı siyasəti, bazar əsaslı iqtisadiyyatın qurulması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, azad ticarətin genişləndirilməsi dayanır. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən açılış nitqində qeyd etdi ki, biz əməkdaşlığımızın praktiki olmasını istəyirik. Çinin sürətli inkişafının və əldə etdiyi nailiyyətlərin əsasında da məhz bu, dayanır”, - deyən David Qınqconq Pan Çinin beynəlxalq münasibətlərin gələcək inkişafı baxımından təhsilə mühüm diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Çin təkcə bir il ərzində 3,5 milyon tələbəni xaricdə təhsil almaq üçün göndərib. Eyni zamanda 1,8 milyon xarici tələbə ölkəmizlə yaxından tanış olmaq üçün Çinə dəvət edilib. Bu addım Çinin dünyanı, dünyanın isə bizi daha yaxından anlamasına xidmət edir. Hesab edirəm ki, bu addım gələcəkdə öz müsbət töhfəsini verəcək. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info